Sionist rejim və Mossad kəşfiyyat təşkilatının ölkələrə, əsasən də İran İslam Respublikasına qarşı projelər hazırlamaqda və səs-küy salmaqda uzun keçmiş tarixi vardır
/Aran agentliyi
Sionist rejim və Mossad kəşfiyyat təşkilatının ölkələrə, əsasən də İran İslam Respublikasına qarşı projelər hazırlamaqda və səs-küy salmaqda uzun keçmiş tarixi vardır.
Milli Təhlükəsizlik Komissiyasının sədri, İsrailin Azərbaycanda yuva qurmasını vurğulayaraq, Bakı rəsmilərinə tövsiyə etdi ki, ABŞ və İsrailin şeytani planlarını həyata keçirmək əvəzinə öz qonşuları ilə əlaqələrini tənzimləsinlər və Mossadın tələsinə düşməsinlər.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasınınsədri Əlaəddin Bürucerdi Azərbaycanın dövlət orqanlarının ölkəmiz əleyhinə yeni senari yaratmasına işarə edərək dedi: "İsrailin Azərbaycanda yuva qurduğu zamandan sionistlərin proqramlarından biri də ölkəmiz əleyhinə projelər hazırlamaq və səs-küy salmaqdır".
Əlaəddin Bürucerdi, sionist rejim və Mossad kəşfiyyat təşkilatının ölkələrə, əsasən də İran İslam Respublikasına qarşı projelər hazırlamaqda və səs-küy salmaqda uzun keçmiş tarixi olmasını vurğuladı.
Milli Təhlükəsizlik Komissiyasının sədri artırdı: "Axrıncı hərəkət də sionistlərin İranla qonşuları arasındakı əlaqələrini korlamaq üçün olan qabaqkı senariləri kimidir. Əlbəttə, bu növ siyasətlər ABŞ və ingilislər tərəfindən də izlənilmişdi".
Bürucerdi davam etdi: "Sionist rejimin hüzuru Azərbaycanda genişləndiyi zamandan bəri bu növ məsələlər də daha rəngli olmuşdur. Amma bununla belə biz bu senariləri tamamilə dəyərsiz bilirik. Çünki İran İslam Respublikasının qəti siyasəti başqa ölkələrin daxili işlərinə qarışmamaqdır".
Milli Təhlükəsizlik Komissiyasının sədri İranın terror qurbanlarından biri olduğunu və hər bir terroçu hərəkətin əleyhinə olduğunu vurğulayaraq, Azərbaycan dövlətinə tövsiyə etdi: "Azərbaycanın hakimiyyət orqanlarının xeyri bundadır ki, ABŞ və İsrailin şeytani planlarını həyata keçirmək əvəzinə öz qonşuları ilə əlaqələrini tənzimləsinlər və Mossadın tələsinə düşməsinlər".