İran İalam Respublikasının ixtiyarında sənədlər vardır ki, bu sənədlərə əsasən, Azərbaycan Respublikası Mossad və CİA amillərinə yardımlar etmişdir ...
/Aran agentliyi
İran İalam Respublikasının ixtiyarında sənədlər vardır ki, bu sənədlərə əsasən, Azərbaycan Respublikası Mossad və CİA amillərinə yardımlar etmişdir və bu da ölkəmizin nüvə alimlərinin, o cümlədən şəhid Əhmədi Rövşənin bu təşkilatların amilləri tərəfindən terror edilməsinə səbəb olmuşdur.
Milli Təhlükəsizlik Komissiyasının vitse-prezidenti Azərbaycanın ABŞ və İsrail kəşfiyyat təşkilatları ilə əməkdaşlıq etməsinin bu ölkə üçün zərərli olmasını bəyan edərək, Azərbaycanın hakimiyyət orqanlarnın Mossad və CİA muzdurlarına yardım etməsi barədə İranın əlində sübut olmasını açıqladı.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidentiİsmayıl Kövsəri Azərbaycanın dövlət orqanlarının İrana bağlı terrorçu dəstələrin həbsi ilə bağlı iddialarına işarə edərək dedi: "Azərbaycan rəsmiləri, əsasən də bu ölkənin təhlükəsizlik orqanları Mossad amillərinin və ABŞ casusluq təşkilatının (CİA) Azərbaycanda bazasının olmasından və fəaliyyət göstərməsindən yaxşı xəbərdardırlar".
O, artırdı: "İran İalam Respublikasının ixtiyarında sənədlər vardır ki, bu sənədlərə əsasən, Azərbaycan Respublikası Mossad və CİA amillərinə yardımlar etmişdir və bu da ölkəmizin nüvə alimlərinin, o cümlədən şəhid Əhmədi Rövşənin bu təşkilatların amilləri tərəfindən terror edilməsinə səbəb olmuşdur".
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik Komissiyasının vitse-prezidentivurğuladı: "Hal-hazırda Azərbaycan rəsmiləri xarici kəşfiyyat təşkilatlarına verməli olduğu yardımlardan qaça bilmədikləri üçün qabağa qaçaraq İrana bağlı terrrorçu dəstələr habs etdiklərini deyirlər".
Kövsəri davam etdi: "İran, Mossad və CİA-nın Azərbaycanda hüzurundan və bu hüzurun mənasız qalmayacağından çoxdan idi ki, xəbərdar idi. Həqiqətdə terror təşkilatları amillərinin bu ölkədə hüzuru terror əməliyyatları üçündür".
O, müsahibəsinin davamında dedi: "Azərbaycan öz hərəkətlərinə görə cavab verməli və xarici kəşfiyyat orqanlarının amillərini İran İslam Respublikasının sərhədlərindən uzaqlaşdırmalıdır".
Kövsəri daha sonra dedi: "Azərbaycanın ABŞ və İsrail kəşfiyyat təşkilatları ilə əməkdaşlıq etməsini azərilərin zərərinədir və biz bu nəticəyə gəlmişik ki, Azərbaycan rəsmiləri buna görə cavabdeh olmalıdırlar".
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik Komissiyasının vitse-prezidentiAzərbaycan dövlətinin Mossad və CİA amillərini bu ölkədən çıxarmalı olmasını təkid edərək dedi: "Mossad və CİA amilləri gərək ölkəmizin sərhədlərindən uzaqlaşsınlar. Çünki İran və Azərbaycan arasında heç bir problem yoxdur. Həqiqətdə biz iki dost və qardaş ölkəyik".