Xəbərdə həbs olunanların ölkədəki xarici vətəndaşlara qarşı terror niyyətləri olduğu deyilir
/Aran agentliyi
"Arannews"in məlumatına əsasən, çərşənbə axşamı anti-İran dövlət televiziya kanalı olan AZTV qabaqcadan hazırlanmış senari əsasında və İranın nüvə aliminin terrorunda Azərbaycan Respublikası MTN-nin əli olmasında ümumi fikri yayındırmaq məqsədilə, MTN-ə əsaslanaraq, Azərbaycanda İranın xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərin həbs edildiyini xəbər verdi.
Xəbərdə həbs olunanların ölkədəki xarici vətəndaşlara qarşı terror niyyətləri olduğu deyilir.
Sionist dairələrə bağlı olan AZTV dövlət televiziya kanalı bu barədə artıq izah vermədi.
Bu barədə Nardaran Ağsaqqallar Şurasının üzvü Kərbəlayi Natiq Kərimov "Birlik"-ə müsahibəsində dedi: "Milli Təhlükəsizlik Nazirliyi və daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində tutulanların əksəriyyəti Bakı kəndlərinin, xüsusilə də Nardaran sakinləridir. Onlar ölkədə silahlı birləşmə yaratma, qanunsuz silah saxlama, dövlətə xəyanət və narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinirlər".
Bu elə bir haldadır ki, bir müddət öncə ölkəmizin nüvə alimlərindən birini terror etmiş Mossad muzduru etiraf etdi ki, Təl-Əvivə getmək üçün Bakı Heydər Əliyev Hava Limanında Azərbaycan dövlətinin həmkarlığı ilə ona saxta sənədlə xüsusi aeroport qurğuları verilmişdir.
Həmçinin, ötən gün İran mətbuatı İsrail rejiminin Mossad terrorçu-təxribatçı təşkilatının muzduru Azərbaycan vətəndaşı Cavidan adlı bir yəhudi şəxsin Azərbaycan Respublikası ərazisi vasitəsilə İranın nüvə alimlərini terror etməsini ifşa etdi.
Təhlükəsizlik mənbələrinə əsasən, İran İslam Respublikasının ixtiyarında sənədlər vardır ki, bu sənədlərə əsasən, Azərbaycan Respublikası Mossad və CİA amillərinə yardımlar etmişdir və bu da ölkəmizin nüvə alimlərinin, əsasən də şəhid Əhmədi Rövşənin bu təşkilatların amilləri tərəfindən terror edilməsinə səbəb olmuşdur.
Bir neçə gün bundan öncə də şəhid Mustafa Əhmədi Rövşənin terror edilməsinin və terrorda əli olanların bəzilərinin Azərbaycan Respublikasına keçməsinin, həmçinin Azərbaycan Respublikasının dövlət orqanlarının sionist rejimin kəşfiyyat təşkilatları ilə əməkdaşlığının ifşa olunmasının ardınca bu ölkə səfiri Xarici İşlər Nazirliyinə çağırıldı və İranın etirazı ona çatdırıldı.