Tarix : 2012 Feb 25
Kod 28816

Ruhullah Axundzadənin zindandan yazdığı məktub

Allah-təala belə buyurur: ''Mənim mömin bəndəmi
/Aran agentliyi

 

xar və zəlil edən şəxs mənimlə düşmənçilik edib

məndən ayrılmışdır." (Hədisi qüds, 228-ci hədis

Məhəmməd Peyğəmbərdən (s).

 

Həzrət Əlinin (ə) zərbətlənəndən sonra iki gün ərzində yataqda mələkəl moutu gözləyərkən övladlarına (və eləcə də bizə) etdiyi öyüd, nəsihət-vəsiyyəti “Mövlanə öyüdü” əsərində aşağıda qeyd edəcəyim 3-4 cümlədən ibarət olsada hər bir düşünən insanın həyatını, yaşayış töhrünü təşkil edir: “Bismillahir-Rəhmanir-Rəhim, sizə Allah qarşısında təqvalı olmağı tapşırıram. Dünya sizing ardınızca qaçsada, onun ardınca getməyin. Dünyaya aid bir şey sizlərdən alınca qəmlənməyin. Həqiqəti söyləyin ( Axirətə aid) mükafat üçün səy göstərin. Sitəmkara düşmən, sitəmə düçar olmuşa yardımçı olun.”

Şiə və sünni məzhəblərinin mötəbər mənbələrinə əsasən həzrət Peyğəmbər (s) Əli ibn Əbu Talıb əmirəlmöminin (ə) bütün insanlıq fəzilətlərinin o cümlədən təqva, ədalət, zöhd, şücaət, işar, kəramət, azadlıq səciyyələrinin nümunəsi barəsində buyurub: “ Əli həqiqətlədir, həqiqət Əli ilə, Əli haradadırsa haqq da oradadır.” ( Biharül-ənvar c.38 s29, “Səhihi-termizi” c.5 s.633, “Mustədrəki-hakim Nişapuri” c.3 həd.124

 

Bağışlayan və rəhm edən Allahın adı ilə”!

Son zamanlar muxalif ( azad yazarlar kimi oxu) qəzet səhifələrində şiə Alimləri ilə dindarlarına qarşı yönələn böhtan və iftira dolu yazılar, İran İslam Respublikasına yönəli təxribati məqalələr və yazarları və eləcə də Qərbin tapşırıqlarını canla başla yerinə yetirən Qənimət Zaid, Şahvələd Çobanoğlu, Mirzə Xəzər və həmçinin Qərblə iqtidara “hava və su kimi” ( bəyanata) lazım olan bəyanata imza atan 54lər və digər künc yazarlarına cavablar verilsə də bu sayaq sayıqlamalara bir neçə ibrətamiz və fakt olaylarla cavab verməyi özümə borc bildim. Kimlərsə bu yazını gecikmiş hesab edə bilərlər. Lakin toxunduğum məsələ həmişə aktual olduğunu bilməyən olmadığı üçün, bir də hazırda olduğum məkan və zamanı da nəzərə alıb məsələlərə münasibətimi gecikmiş saymamalısınız.

M.F.Axundov son zamanlar, yəni Rafiq Tağı “öldürüləndən” sonra bəzi yazarların, eləcə də qəzet redaktoru Qənimət Zahidin keçmişdə küfr yiyələrinə gecikmiş qahmarlığı qəzet səhifələrində digər bu sayaq yazarların cızma qaralarında yer almadadır. Mirzə Fətəli əgər o dövrün Allahşükürlərinə, Sədi(Qəni) Axundov və bu sayaq münafiq mollanümələrə M.Ə.Sabir kimi təpinsə idi heç də üç gün qiymətsiz bir əşya və ya hansısa qürbsüz heyvan leşi kimi Tiflisin meydanlarından birində atılmış vəziyyətdə qalmaz idi. Ey yazarlar niyə sələflərinizin (qərbə aldananlar nəzərdə tutulur) səhflərini təkrar etmədəsiniz? Siz də, onların durumuna mübtəla olmaq eşqinə düşmüsünüz ki, yüz il bundan sonra varisləriniz tarixi səhflərinizi yaddaşlara gətirmək üçün “canfəşanlıq” etsinlər ki, indi siz necə qrant üçün, dünya malına görə qərb himayədarlarınıza, qərb dünyasının mücəssimlərinə “dünyəvilik” azarına tutulmuş “şeytan” başçılarına yaltaqlanmağı miras qoyursunuz.

 

Mirzə Ələkbər o dövrün “molla”nümələrini və bu gün də özünə müsəlman deyibən, müsəlman Azərbaycan əhalisinin başında turp əkən asayiş keşikçilərini, haqq söyləyibən hakimiyyəti təhdid edənləri şərləyib həbsxanalara dolduran dövlət ittihamçıları və hakimlərini, xalqın diri və ölüsünü indiki xələfləri kimi soyub həm də mövhumata sürükləyənləri görüb, Hidayət Orucovları, Allahşükürləri, Misir Mərdanovları, Ramiz Mehdiyevləri və ən ümdəsi ölkəyə başçılıq edəni nəzərdə tutaraq;-“Cin görürəm şeytan görürəm qorxmuram, harda müsəlman görürəm qorxuram” söyləmişsə, sizə nə olub ki, Allah-təalanın əmr və nəhyinin islami idealogiya ilə bizə çatdırılmasına qısqanclıq edərək Allahın nurunu söndürməyə cəhd etmədəsiz. Buna, çoxlu Allahlıq iddiası edən Allahsız Fironlar, Ramzeslər, qəbilə və qövm başçıları, Ad, Səmud, Lut qövmi Musa və İsa (ə.s)-ın yəhudi qövmləri Allaha şərik qoşanları, Nuh qövmi və Mason, capitalist cəmiyyət istismarçıları, son 70 ildə kommunist ateistlər də cəhd göstərmiş, lakin çox biabırçı duruma düşmüş, hətta yer üzündən bilmərrə silinmişlər.

Qaldı Rafiq Tağıya o sizin dolayısı ilə leqitimliyini hifz etdiyiniz iqtidar tərəfindən cəzalanmış və sonradan əfv olunur (qərbin himayə və xeyir duası ilə). Bildiyimə görə, özüdə səhfini etiraf edib və tövbə dediyi söylənilir. Lakin iqtidar himayəsində “müəmmalı” vəziyyətdə bıçaqlanır (çoxlu kamera quraşdırılmış məkanda) sonra isə sağalmaq ərəfəsində sirli surətdə “qətlə” yetirilir. Bu vəziyyətdə elə də böyük ajıotaj yaratmaq qərbə bu sayaq “quyruq bulamağa” ehtiyac yoxdur. Sizlər MTN-in xüsusi xidmət orqanları ilə deyil, nökərçilik etdiyiniz Qərb, Amerika və məxsusən Masson, sionizmlə iş birliyinə girib onlar tərəfindən və ya iqtidar tərəfindən qətlə yetiriləcəksinizsə, on da mükafatı ( şiə alimlərinin müəyyən etdiyi məbləği) kim alacaq? Bu mükafatı alan isə hökən dünyaya yayılıb adı hallanacaq ki, on da qanınızın qiyməti bir qəpiklik də olmayacaq. Lakin nə Qərb nə də iqtidar Rafiq Tağının qətlinin açılmasında maraqlı deyil, çünki bu işdə şərik olmaqla bir gülləyə iki dovşan vurmaq istəmişlər ki, birisi hədəfə dəyməyib, sizlərdən yararlanırlar ki, gülləni hədəfə tərəf çəkə bilsinlər, ən azından.

Mənim sizə məsləhətim budur ki, Allah dininə İslama, özü də şiəliyə qara yaxmaları saxlayın. Birinci ona görə ki, mənim kimi Allah dininin şüurlu təriqə məzhəb ayrıseçkiliklərindən uzaq təəssübkeşləri “Allah dəstəsi” ölkəmizdə minlərlədir ki, məntiq və dəlillərlə qarşınızda görəcəksiniz, ikincisi isə iqtidar “killerləri” tərəfindən “zərərsizləşdirilərək” mükafatı din alimlərindən deyil, iqtidar sifarişçilərindən alacaqlar ki, qanınız da qeyriləri kimi batacaq. Lakin bir amal, məqsəd uğrunda mübarizə sizi terror edənlərin ifşasına zəmanət ola bilər və həm də Elmar Hüseynov kimi qəlblərdə yaşamaqla əbədi ölməzlik qazanılacaqdır.

Burda yerinə düşər deyə siz kimilərin dinimizə, dini təəssübkeşlər olmuş karifey şair və alimlərə sərkərdə və ruhaniyyəyə olan ögey və mən deyərdim ki, düşmən münasibətinizə toxunmaq istərdim. Keçmiş hadisələr tariximiz ciddi surətdə təhrif olunub, sifarişçi “tarix”nümalər yazarlar tərəfindən. Bunlara misal olaraq Nizamini,Fizulini, Nəsimini, Xətaini, Şəhriyarı, Sabiri, Tusini və digərlərini eləcə də “Dədə Qorqud” “Qaçaq Nəbi” “Koroğlu” dastanı və dövrün hadisələri, Babək, Cavanşir, Şah Abbas, Cavad xan və digər şah və sərkərdələr barəsində çoxlu yanlışlıq, Sovet ateist təbliğatına müvafiq islamın təhrifi sizlər və bizlərin mütaliə etdiyi əsər və tarixi məlumatlarda, teatr kinolarda çox da uzaq olmayan tarixi yaddaşlara həkk olunsa da gözləmək olardı ki, müstəqil müsəlman Azərbaycanımızda bu təhriflər səhf, tarixi yalanı gerçəklik kimi xalqa sırıyan kitab və kino tamaşalar həqiqəti olan kimi axır ki, xalqa çatdırılacaqdır. Lakin bu 20 ildə nə ki, həqiqət ortaya qoyuldu, təhrif olunmuş tarix müstəqil Azərbaycan xalqına yenidən elə ateist təbliğatı ilə “yedirdil”mədədir.

Birincisi nə Nizami nə Fizuli nə də digərləri hansısa xanım və ya qadına vurğunluqlarını, eşq macəralarında göstərməyiblər. Bu eşq aşiq məşuq Allahla olan eşqdir. Bu Nizami və Fizulişünasların əsərlərində və araşdırmalarında az da olsa aşkarlansa da, tarixi mənbələrin ateist təbliğatından uzaq, orijinaldan axtarılıb xalqa çatdırılması nədənsə siz yazarları düşündürmür.

Şah İsmayıl Xətai uzun əsrlər dünyada islami ölkə kimi tanınan İran hədlərini, Bağdaddan Dərbəndə, Turandan ( orta Aiya) Anadoluya ( Qərbi İran-Türkiyə) kimi bərqərar edib qüdrətli tarixi İran dövlətini bərpa edərək, şahlıq və ya ayrı-ayrı xanlıqların mövcudatına son qoymağa çalışmış, bunun üçün elmlə və şairliklə məşqul olan islam alimlərini şah sarayına dəvət edərək buna nisbətən nail olsada, sonradan qardaş savaşı hər iki ölkəni zəiflətmişdir ki, gələcəkdə şimali İran torpaqları bütöv irandan qoparılaraq Gürcüstan, Ermənistan və eləcə də Rusiyada qalan ərazilərin yadırğanması siyasəti, Rus imperialistlərinin “parçala hökm sür” siyasətini qulaq ardına vurmaq kimlərin dəyirmanına su tökməyə hesablanıb. Ateist kommunistlərdə sələflərinin irticaçı, istilaçı siyasətlərini davam etdirərək;-Şah İsmayıl Xətai bütün Azərbaycan torpağı uğrunda vuruşub deyimi ilə Şah İsmayılı cırlaşdırıb, tarixi torpaqların birləşdirilməsinə maneə yarada biləcək azdırma, yalan, iftira, qondarma “Tarix” yazanlara müəyyən fəxri adlar verməklə başımıza hazırkı “Qarabağ” gerçəkliyini də gətirdilər. İrəvan, Göyçə, Zəngəzur ermənilərdə tarixi Gürcüstan torpaqları azmış, üstəlik Tumanisi Marnueli, borçalı diyarı, gürcü adları ilə dəyişdirilmiş ərazilər, Dərbənd isə Dağıstana verilməklə Rusiya ərazisinə daxil edilir. Əgər həqiqətən də imperialistlər, Gülüstan və Türkmənçay müqavilələrini Azərbaycan deyilən dövlətlə ( hansı ki, o dövrlərdə nə ki, Azərbaycan dövləti heç Azərbaycan adında bir vilayət belə olmayıb) bağlamışdılarsa, on da niyə indi həmin Azərbaycan deyilən dövlət keçmiş ərazilərinin birləşdirilməsini BMT qarşısında qaldırmayırıq. Buna son zamanlarda Təbrizdə qardaşlarımız “üstən” toxunaraq gündəmə gətirilməsini zəruri sayanlara isə bizdə Bakıda qısqanclıqla, ikrah hissi ilə yanaşanlar, görünəni sizlər yazarlar və bəzi iqtidar yaltağı olan politoloqlar oldu. Bəli mən də tələb edirəm sizin dediyiniz İranın Azərbaycan torpaqları Təbrizdən Dərbəndə, Qəzvindən borçalıya ( Talış, Rəşd, Rizvanşəhr, Gilan, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Nəmin+İrəvan, Zəngəzur, Göyçə, Borçalı elə Tiflis,Dərbənd, Bakı, Lənkəran, Gəncə ) birləşdirilməsi məsələsi BMT qarşısında ciddi tələblə qoyulsun. Şəxsən mən o taylı bu taylı imza kompaniyasında birincilərdən olaram. Lakin siz sifarişli yazarlar, məddah politoloqlar, qrant hesabına muxalifət edənlər və xalqın başına olmazın müsibətlər gətirən iqtidar yetgililəri heç bir vaxt buna getməz bəlkəm də bu sevdaya düşənləri şantaj edərək uzun müddətli “katorqaya” yollayar və ya ömürlük “Qobustan” həbsxanasına yuvarlaqlandırarlar. Qaldı Babəkə, əgər siz Türk təəssübkeşliyi edənlər Babəki (Həsən Abdulla oğlunu) həqiqətən türk sayırsınızsa (lakin bu heç də belə deyil, Həsən Abdulla oğlu Talış mahalından Lerik rayonunun Buli Band “Böyük qardaş dağı” indiki Zuvand deyilən kəndindən Mötəsib və Məmun Abbasi xəlifələrinin sitəmkarlıqlarına zülmünə İmam Rza (ə.s)-ın yalandan vəliəhdliyini elan edib zəhərləmələrinə etiraz olaraq qiyam etməsini Ateist SSRi kommunistlərinin ciddi cəhdlə dinsiz, yəni İslam dininə qarşı vuruşması bugün də təhrif olunmuş tarix kimi qalmadadır. Hansı ki, Ərəb tarixçiləri bu hadisəni dinlə vuruş kimi deyil xilafətin zülmünə qarşı qiyam kimi tarixə yazmışlar) on da niyə belə böyük bir şəxsiyyətin, sərkərdənin adına deyilən yalanları, onun dinsiz olduğunu bu gün də televiziyada “Babək” kinosu ilə yayımlanmasına susursunuz. Çünki nə siz özünüz böyük Türk millətinin övladı deyilsiniz, nə də Babək Türk olmayıb. Babəkin millətini öncə göstərdim. Sizin millətiniz məlum olmadı, heç olmasa kişiliyiniz olsun, müsəlman olmasaz da on da millətinizi elan edin. Mən bilirəm ki, ya siz erməni şovinisti, ya masson törəməsi, ya da şeytanın özüsünüz? Dinsizin milləti olmaz...

Qaldı Nəsimi barədə. Nəsimi Seyid Peyğəmbəri İslamın ( s.ə.v.s) nəvəsi olmaqla zəmanənin dini alimi, ayətullah, ictihad dərəcəsində olan dindar və o zamanın ən çox tək Alahlığın həqiqətən təbliğatçısı olub və o zamanın Hidayət Orucov və Allahşükürlərin münafiqlərdən təşkilatlanmış dəstəsinə qarşı mübarizə aparmış, o dövrün avtoritarlarına Allahın qəzəbinə düçar olmuşlara və xalqa zülm etməklə bəla intizarında olduqlarını çatdıran Süfi ( bu süfilik Əli (ə.s)-ın əsas xətti olub) xəttini tutmuş və o zamanın Fironları, məmurları, Harunları, Heydərlərinin, Qəzzafilərin qəzəbinə tuş gəlmişdir. Hansı ki, indi onun ardıcılları bizləri “dini yanlış təbliğ edənlər, radikal şiəlik” kimi ad qoymaqla, terrorçuluq, millətçilik, ayrıseçkilik, dini təriqət azlıqlarına düşmənçilik ittihamları ilə divana çəkmədədirlər zamanın Allahsızları. Bəli o dövrün Allahşükürləri bizləri, Allah-təalanı islamı dərk edə bilmədikləri kimi, dünyəvilik azarına tutulmuşları kimi, sizlər də nə onu Nəsimini nə də ardıcıllarını dərk etmək qüdrətində ola bilməmiş və indidə bu məfkurə sizlərdən uzaqdır.

Yaxşı, Allahşükürlər, iqtidar bizə olan böhtan yalan dolu “sevgisini” ortaya qoyanda bəs sizlər niyə düşmən dəyirmanına su tökmədəsiniz. Onlar məlundur, dünya malını axirət malından, ölkə əhalisindən, vətən torpağından əfzəl bilib şeytana (oxu Amerika İsrail və İngiltərə birliyi) nökər oldular və təkzib olunmuş tarixi (onlara sərfəli olduğu üçün) xalqa sırımaqdadırlar. Siz ki, bugünkü tarixi yazanlar sayılırsınız, cənab bəylər, jurnalistlər Nəsimini görməmisiniz, orijinaldan oxumaqla öyrənmək də istəməmisiniz (desəniz xeyir öyrənmişik, on da niyə Nəsimini bir Allahsız kimi indi də təhqir edənlərə öz iradlarınızı bildirməyirsiniz) yaxşı bizi ki görürsünüz və nə ilə nəfəs aldığımızı da bilirsiniz. Bu “qısqanc”lıq nədir bizə qarşı. Dediklərimi təkzib etmək istəsəniz, on da sual edirəm, keçən il yanvard Doktor Hacı Mövsüm Səmədov, iqtidarın xalqa etdiyi zülmə və eləcə də dini inanclılara olan mənfi münasibətə etirazını kəskin tənqidi çıxışı ilə bildirdiyi üçün, böhtan, yalan, iftira ittihamlarla məhkəməyə verilir, sizlər ya bu prosesdə iştirak etmirsiniz, ya da iştirak etsəzdə ( buna heç inanmıram, bunları da hansısa iştirak edəndən və ya “casus” şəbəkəsindən əldə edib yazırdınız ki, öz nifrətinizi bu sayaq bildirəsiniz. MƏS: Şahid polisi;-“molla hara siyasət hara” çox həvəslə sizlərin qəzet səhifələrində yayımlanıb) üzdən 5-6 sizə sərf edən (ağalarınızın xeyir duası ilə) formada mətbuatda işıqlandırılırdı. Bu da bizə qarşı mövqeyinizi tam çılpaqlığı ilə aşkar etdi. Və eləcə də dindar-ilahiyyatçı-filosof, içərişəhər cümə məscidinin imam camaatı Hacı İlqar İbrahimoğlunun ictimai palatanın koordinasiya şürasında təmsil olunmasına və eləcə də Aşuraya olan münasibətlərdən də bizə olan münasibətiniz tam aydındır. Bunlar azmış kimi aprel etirazında həbs olunan muxalifətçi məhkumların məhkəmə prosesini cümlə bə cümlə (elə bil zalda yerləşdirilmiş MTN-nin video və ya aidiosunun yazılışı sizə təntənəli surətdə təqdim edilmişdi və ya sizlərdən kimsə əks kəşfiyyatçıdır) işıqlandırsanız da may ayında bizim həbsimizə və eləcə də sizin, bizim ana-bacılarımızın ləçəklərinin düşmən ayağına atılmasına etiraz edərək, polis zorakılığına məruz qalan dindar cavanların məhkəmə prosesinə biganə yanaşdınız. Hətta cəmən siyasi dustaqlar adlanmasını görərək “vicdan” məhbusları termini gündəmə gəldi.Yaxşı bəs 2010-cu il fevralda döyülüb həbs olunan 5 dindar, 2011-ci ilin yanvarında həbs olunan 7 dindar, ondan bir neçə gün sonra Gəncə dindarları, mayda həbs olunan 15 dindar və eləcə də sonradan həbs olunan dindarlara nə ad qoyursunuz? Siyasi, vicdan və ya qeyrət namus məhkumları? Bax burda da diliniz lal oldu (daha doğrusu sizləri lal etdilər “ağa”larınız). Qaldı aprel ayında həbs olunan qardaşlarımıza sizin reklam xarakterli canfəşanlığınız da heç də səmimilikdən xəbər vermir. Çünki sizlərin başında duran əmr edən Avropa və Amerika siyasətçiləri dünyəvi olduqları üçün onların daimi dostu, sirdaşı yoxdur. Şəxsi və mən deyərdim ki, bizlərdən fərqli olaraq ölkələrinin maraqları var. Odur ki, biz böhtan, şərlə həbs edilən qardaşlar Arif Hacılı, Doktor Hacı Mövsüm, Hacı Fəramiz ağa, Nemət Pənahlı, Hacı Vaqif Abdullayev, Əvəz Zeynallı, Hacı Zülfüqar, Ülvi Quliyev, Dəyanət Səmədov, Arif Alışlı, Firdövsi Məmmədrzayev, Rüfət Hacıbəyli, Əli Hüseynov, Əhəd Məmmədli, Arif Qəniyev, Tural Abbaslı, Elmar Səmədov, Elşən Həsənov, Elçin Abbasov, Ağaəli, Elnur Məcidli, Bilal Əhmədov, Bəxtiyar Hacıyev, Seymur Hüseynov, Sahib Kərimov, Azər Cəbiyev, Elşən Həsənov, Fəxri İlyasov, Zülfüqar və digərləri bir amal, bir şüar və bir məqsəd uğrunda mübarizə aparmışıq, aparırıq və aparacağıq. Bizi dünyəviçilik, kommunisr, ateistlik, kapitalistlik, daha şeytana xas neçə adlarla, tutduğumuz Allahın əmr etdiyi yoldan heç kəs döndərə bilməz. Allahın yolu birdir, şeytanın ki isə çoxludur. Allaha görə dost olan heç vaxt düşmənə çevrilə bilməz, lakin şeytanı xislətlərin dostluğu maraqları qədərdir. Yəni dünyəvilik, fahişəlik, lütləşmə və milli adət-ənənələrə düşmən olma ən ümdəsi isə Allahın əmrini nəhy etmək, nəhyini əmr etməkdir.

Bəli, sizlər yəni “ağa”larının göstərişi ilə muxalif olanlar və eləcə də cızma qara edənlər heç vaxt yuxarıda sadaladığım və sadalamadığım digər məhbuslara səmimi deyil, iqtidardan imtiyazlar, dollarlar evro və funtsterlinq qoparmaq istəyən yalançı demokratların əl ağacına çevrilənlər birşeyi dərk etməlidirlər ki, ticarətdə gərək ayıq olasan, elə edəsən ki, ölkəndən xaric olan hər hansı məhsul əvəzinə pul mədaxil olsun. Lakin, Azərbaycan xaric olan məhsullar əvəzinə bayağılıq, lütləşmə, sütünyorlaşma ( talışlarda dəyyüs deyirlər belələrinə) quru adı olan demokratiya və ən əsası şüytanı təbliğ mədaxil edilir. Sizin psevdo muxalifətçiliyinizin hesabına ölkədən çirkli pullar daha çox xaricə axır, daha çox insan hüquqları tapdalanır, daha çox cinayətlər baş verir. Bilirsiniz niyə? Çünki siz də, iqtidar da dünyəvilik azarına tutularaq ağalarınıza sionizmə hesabat verirsiniz. Yəni “şeytana”. Lakin ölkəsinin irsi-namusunu, izzəti nəfsini, vətən torpağını düşünən hər bir Azərbaycanlı Allah-Təalaya hesabat vermədədir...

Qaldı yenədə Nəsimi! Niyə bu və digər təkzib olunmuş yalançı faktlarla nümayiş olunan kinolara sizlər tarixi yazanlar münasibət bildirmirsiniz. Ən yaxşı halda susqunluq azarına mübtəla olmusunuz.

Bu sayaq faktlar çox məqalənin tülü olmamasını nəzərə alaraq keçirəm digər sizlərin qəribə olmaqla şeytana qulluq edən faktlara.

Mən Musavat və Azadlıq qəzetlərinin yanvar ayındakı ( Musavatın 18 nömrəsi, azadlıqın 8 nömrəli buraxılışının bəzi məqalələri barədə öz fikrimi bildirmək istəyirəm. Lakin əvvəl Musavatın 9 dekabr 2011-ci il sayının 8-9-cu səhifəsində Muhafizəkar siyasətçi post modernist yazarla “Yeni Musavat” da debata çıxdı başlıqlı höcətləşməni oxuduqda lənət göndərdim siyasətçilərə. Bilirsiniz niyə? Əgər bu Əli Əkbər ( bu ad ona qənim olsun, valideynləri İmam Hüseynin şəhid olan balasının adını qoyublar bu bivec törəməyə, nə pis ki, çoxlu adına uyğun olmayanlarla rastlaşmadayıq) həqiqətən də siyasətçidirsə, deməli bu gün dünyada həqiqətən də siyasətçi hökumət başında duranların əksəriyyəti homeseksualistdirlər. Niyə? Çünki Musavat kimi böyük oxu kütləsi qazanmış bir dərgidə bu üzdən iraqı, Pənah Hüseyn kimi bir şəxsiyyətlə üz-üzə qoymaq özü ayıbdır. Siz Allah demokratiyadır, azad fikir, hürriyət deyə belə üzdən iraqları mətbuat səhifəsinə çıxarmayın. Bala Milli Məclisə belələrini “seçdirib”lər, musiqi aləmində belələri at oynadır, hətta xalqın adına da çıxırlar belələri, qəzet yazarları içində belələri, Prezident aparatında belələri. Qalıb bircə siyasətdə yəni mən həqiqi Azərbaycanda xalqına güvənən partiyaları “Musavat”, “Xalq cəbhəsi” hər iki qanadı, Demokrat, Sosial Demokrat, AMİP, Liberal və digər həqiqi 1988-ci ilin köynəyindən 1990-cı il odlu alovundan çıxmış muxalifəti nəzərdə tuturam olması ona heç cür yol vermək olmaz. Ondansa ölkəni təhvil verin “mavilərə”. Bəli, bu yaxınlarda sizin qəzet səhifənizdə “mavilər” Bakıda “gey-parad”a hazırlaşır başlıqlı yazıda may ayında keçiriləcək, evrovision-lütləşmə, manqutlaşma, fahişələşmə, mütrif yığıncağına dünyanın ləvatları da gələcək və öz pozğun nəfəslərini, murdar simalarını Bakı küçələrində keçirəcəkləri parad və nümayişlərlə reklam edəcəklər. Belə bilirəm o vaxt Milli Məclisdə, Daxili İşlər Nazirliyində, Milli Təhlükəsizlik Nazirliyində, Prezident Aparatında, Fövqəladə Hallar və Nəqliyyat və eləcə də Neft-qaz Nazirliklərində və Təhsil ilə digər Nazirliklərdəki “mavilər” də öz Nazirlərinin xeyir-duası ilə bu kütləvi fahişəlik aksiyasında iştiraka qoşulacaq. Asayişi qorumağa cavabdeh olan polislərə də tapşırılacaq ki, bu “qoluboyların” ruhu bel’ inciməməlidir. Çünki bunlar və etdikləri küçə hərəkətləri kütləvi aksiyaları Bakıda böyük inqilab olmaqla Dünyaya, Avropa və Amerikaya və eləcə də İsrailə sübut edəcəyik ki, “qoluboylar” təkcə Ermənistanda və İsraildə deyil ki, onlara himayədarlıq edirsiniz, bizdə də çoxlu “mavilər” var və onların hüquqları, dindarların hüquq və azadlıqlarının əksinə olaraq etibarlı əllərlə qorunur və bundan sonra da qorunacaqdır. Dindarlar isə İranın casusu adı ilə qoluboylara maneədir deyə qazamatda yatmalıdırlar. Və Siz yazarlar da yanvar ayında İrana olan “münasibət”inizi elə birinci səhifədə necə reklam etmisinizsə bu “gey-paradı” evrovision mütrif yığıncağını, mavilərin evlənməsini, bir qadının iki və daha çox kişi ilə bir ailədə yaşamasını, kişinin necə özünü arvad, arvadın necə özünü kişi etməsini reklam edərək və sonda da Almaniya küçələrindəki gəzinti mədəniyyətini, lüt soyunmanı reklam eləmək üçün “məhəllə”, “kənd”, “Rayon”, “bölgə”, “Şəhər” və eləcə də Respublika gözəllik müsabiqəsinə qəzet səhifələriniz də açıqlandıracaq və həmçinin daha qabağa gedib televiziya açıb o biri bayağı, pozğun təbliğatları geri qoymağa çalışacaqsınız. Bunun üçün isə Azərbaycanımızda hər bir şərait yaradılıb. Pul da ki, itə tök, Masson lojası tərəfindən.

Qaldı, sonda toxunacağım yuxarıda qeyd etdiyim kimi İran İslam Respublikasına İsrailin, Amerikanın hücumu, İranın iqtisadi blokadaya alınaraq çökdürülməsi xəbərləri və eləcə də ərazi iddiyalarınız yəni hakimiyyətlə bəzi müxalif funksionerlərini reklam etməniz məni məcbur eylədi ki, bəzi proqnozlarınıza münasibətimi bildirim. Əvvəlan İran İslam Respublikasının başçıları “Amerika bir qələt edən deyil” deyimi hamısına bəs edərdi. Lakin biraz da tarixi həqiqətlərin yeri olduğunu nəzərə alıb sizlərə yazarlara və eləcə də şərhçi və siyasətçilərə çatdırmaq istəyirəm ki, tarixi yaxşı bilsəniz şərhləriniz də dəqiq olar. Bunu Əli (ə.s) şiələrin Rəhbəri bildiribdir.

Tarix isə göstərir ki, Amerika heç vaxt heç bir ölkəyə müstəqil müdaxilə edə bilməyib. Bu bir. İkincisi isə yaxın tarixdə İsrail Livanda acı məğlubiyyətə uğradı. Sizin kimi yazarlar kütləvi informasiya vasitəsi ilə bildirdilər ki, Livana İran kömək edib. Bu da ikinci cavab. Gedin düşünün öz “ağa”larınızla. Bəli, məlum məsələdir ki, “Massad” və digər kəşfiyyat orqanları Sizlərdən istifadə etmədədir ki, psixoloji söz savaşında irəlidə olmaqla İran millətini mübarizə ruhundan uzaqlaşdırsın və ya zəiflətsin. Lakin özləri də yaxşı bilirlər ki, İran İraq deyil, Liviya deyil heç indiki Türkiyədə deyil. Düzdür son illər Türkiyə də milli-dini kimliyinə qayıdıb demək olar ki, lakin birşeyi sizə məsləhət bilirəm, məqalənin əvvəlində Peyğəmbərimizdən (s.ə.v.s) və Əli (ə.s)-dan hədisləri oxuyub ibrət alın. Tövbə edin nə qədər ki, ruhunuz bədəninizdədir. Vəssəlam.

Axundzadə Ruhullah

 

  • Yazılıb
  • da (də) 2012 Feb 25