Azərbaycan Respublikasının siyasi ekspertlərindən bir qrupu son vaxtlar həbs olunan onlarla islamçı fəala qarşı narkotik maddələr ittihamını rədd edərək
/Aran agentliyi
Azərbaycan Respublikasının siyasi ekspertlərindən bir qrupu son vaxtlar həbs olunan onlarla islamçı fəala qarşı narkotik maddələr ittihamını rədd edərək bu həbslərin siyasi məsələlərdən qaynaqlandığını bildiriblər.
Yerli mənbələrin məlumatına görə, insan haqları müdafiəçisi Eynulla Fətullayev deyib: Son vaxtlar həyata keçirilən bu həbslər zəncirvarı cəhətə malikdir.
Son illərdə islamçıların fəaliyyətinin güclənməsinin Azərbaycan hökumətinin nigaranlığına səbəb olduğunu qeyd edən Fətullayev deyib: Hökumət bu ssenarini hazırlayıb ki, bütün islamçı fəallar həbs olunmalıdırlar.
Fətullayev bildirib ki, rəsmi Bakı ölkədə demokratik islahatlar baş verdiyi halda islamçı qüvvələrin iqtidarı əldə edə biləcəkləri təsəvvürü yaratmağa çalışır.
Qeyri-hökumət Avro-Atlantik şurasının sədri Sülhəddin Əkbər də Azərbaycan Respublikası vətəndaşı və İran telekanalının Bakıdakı ofisinin yerli müxbiri Anar Bayramlıya qarşı narkotik maddələr ittihamını rədd edərək bu hərəkəti Azərbaycan Respublikasının xarici münasibətlərində gərginliklə əlaqələndirib.