Tarix : 2012 Feb 25
Kod 28818

AZTV-nin İrana qarşı mənfi təbliğatda böyük ''səhvi''

Azərbaycan Respublikasının cənubunda İslam İnqilabı Keşikçilər Korpusu və Hizbullahla əlaqədar ''təxribatçı təşkilatın'' aşkarlanması ilə bağlı Azərbaycan Respublikasının ...
/Aran agentliyi

Azərbaycan Respublikasının cənubunda İslam İnqilabı Keşikçilər Korpusu və Hizbullahla əlaqədar "təxribatçı təşkilatın" aşkarlanması ilə bağlı Azərbaycan Respublikasının dövlət televiziyası AZTV-nin reportajının yayımlanması ardınca məlum olub ki, bu saxta reportaj 4 il öncə hazırlanıbmış.

AZTV dövlət televiziyası, onun ardınca digər Bakı mediaları, eləcə də anti-İran BBC Farsi, Associated Press və digər Qərb mediaları ötən çərşənbə axşamı günü bu saxta reportajı "sənədli" bir reportaj kimi yayımlayıblar.

Bu saxta reportajda iddia olunur ki, aralarında Livan vətəndaşları da olan 15 nəfərlik bir qrup Bakıda yəhudilərə qarşı terrorlar həyata keçirmək istəyib. Lakin Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi MTN-nin əməliyyatı nəticəsində bu terrorların qarşısı alınıb və bu qrup üzvləri həbs olunublar!

Bakıda çıxan Yeni Müsavat qəzeti AZTV dövlət telekanalının bu saxta və böyük səhvi barəsində yazıb: AZTV-nin 4 il öncə hazırladığı reportajı nə üçün indi yayımladığı məlum deyil. Lakin Azərbaycan Respublikasında İranın terror fəaliyyətlərini xatırlamaq və qərb dairələrinin diqqətini rəsmi Bakının bu fəaliyyətlərlə mübarizəsinə və ABŞ və İsrailin mənafeyinə görə İranla "qarşılaşması"na cəlb etməyə çalışdığı ehtimal olunur.

Bu qəzet əlavə edib: İlk öncə təsəvvür olunurdu ki, bu reportaj  əvvəllərlə əlaqədar bir əməliyyat barəsində olduğuna baxmayaraq, yenilərdə hazırlanıb. Lakin sonradan məlum oldu ki, bu reportajın hazırlanması da 4 il öncəyə aid olub!

Qeyd etmək lazımdır ki, ötən illərdə Azərbaycan Respublikası hökuməti İrana qarşı belə saxta ssenariləri ANS telekanalı kimi kanallara tapşırırdı

  • Yazılıb
  • da (də) 2012 Feb 25