Tarix : 2012 Feb 25
Kod 28819

''Səhər''in tamaşaçıları gileylənirlər

Əsassız və gülünc narkotik maddələrin saxlanılması ittihamı ilə Azərbaycan Respublikası hökuməti tərəfindən həbs olunan İranın Televiziya ...
/Aran agentliyi

 

 

Əsassız və gülünc narkotik maddələrin saxlanılması ittihamı ilə Azərbaycan Respublikası hökuməti tərəfindən həbs olunan İranın Televiziya və Radio Təşkilatının Bakıdakı ofisinin yerli müxbiri Anar Bayramlının reportajlarının dayanması Beynəlxalq Səhər telekanalının izləyicilərinin narazılığına səbəb olub.

Bununla əlaqədar beynəlxalq Səhər telekanalına ünvanlanmış bir çox elektron məktubda bildirilib:

"Azərbaycan xalqına  lazım olan bəzi  məlumatları Anar Bayramlının reportajlarından  alırdıq. Ancaq müxbirimizin nahaq yerə həbs olunması bizi  bundan məhrum edib. Onsuz da  Anar kimi  düz danışan  müxbirin  həbs olunması  bizi  yalançı  kanallara tərəf  sövq etməyəcək."  Quba şəhəri -  Əhməd

"Kaziminin  Bakı  Aeroportundan Tehrana  geri  qaytarılması ilə  başlanan SƏHƏR kanalımıza qarşı repressiya  bizdə  yalnız  nifrət  yaradır. İndi isə hakimiyyətin Anar Bayramlıya  qarşı başladığı   çirkin  plan bu  nifrətimizi  bir  qədər də alovlandırır." - Seyran Alışov

"Hər gün  dini durumdan  və  sair  məsələlərdən  bizi  agah edən  Anar  qardaşın  qapısını  Allah  taala  özü  açacaq  inşallah. Allah mərifət nurundan  bizim  bu  zalım  hakimiyyətə də bəxş  eləsin."  – Hacı xanım

"Dolğun  və  düzgün  reportajları  ilə Azərbaycan xalqını  məlumatlandıran  müxbir  Anar  Bayramovun  həbsi polisin  nə qədər  çirkab içində  olduğunu  nümayiş  etdirdi. Anar  kimi  pak  təqvalı  insanların narkoman damğası ilə həbsə  atmaq bizi  dünyada  rüsvay edib.  Anar da  bu kimi  mənfi  hallarla  mübarizə  aparırdı  öz  məlumatları ilə." Hacı  Heydər – Bizovna  qəsəbəsi.

  • Yazılıb
  • da (də) 2012 Feb 25