Tarix : 2012 Feb 25
Kod 28820

Azərbaycan Respublikasında azad informasiya cərəyanı əhəmiyyətini itirib

İran televiziyasının yerli jurnalistinin Bakıda polis qüvvələri tərəfindən həbs edilməsi media əməkdaşlığı üzrə müştərək komitənin yaradılmasını əngəlləmək istiqamətindədi
/Aran agentliyi

 

İran İslam Şurası Məclisinin üzvü Lalə İftixari İran televiziyasının Bakıdakı yerli jurnalistinin Bakı polisi əməkdaşları tərəfindən həbs edilməsinə işarə edərək deyib: Azərbaycanda vətəndaş hüquqlarına riayətin olunmaması təəssüfləndiricidir və İran İslam Respublikası Teleradio Təşkilatının Bakıdakı ofisinin yerli müxbirinin həbsi barəsində Azərbaycan Respublikası hökumətinin son hərəkəti heç bir vəchlə qəbul ediləsi deyil. Jurnalistlər özünəməxsus toxunulmazlığa malik olmalı və onların haqlarına təcavüz olunmamalıdır.

"Azərbaycan hökuməti öz xalqının islami məsələlərinə reaksiya verir və onların hüquqlarını tapdalayır" –deyə İran millət vəkili bildirib.

İranın Xarici İşlər Nazirliyinin İslam Respublikası Teleradio Təşkilatı üçün fəaliyyət göstərən Azərbaycandakı yerli müxbirin həbs olunması məsələsini izləməli olduğunu bəyan edən İftixari söyləyib: Bu ilk dəfə deyil ki, Azərbaycan bu işi edir. Azərbaycan Respublikası bir dəfə də İranın Teleradio Təşkilatının jurnalistini Bakı hava limanından qovub.

Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi Əli Həsənovun 3 dekabr Tehran səfərində iki ölkə müştərək media komitəsinin təşkilinə dair mühüm razılaşmalar əldə etdi. Lakin Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi qayıtdıqdan sonra qərəzli dairələr mənfi hərəkətlərlə çalışıblar ki, müştərək media komitəsinin iclaslarının keçirilməsinə mane olsunlar.

Qeyd etmək lazımdır ki, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının üzvü Fatimə Alya da İran İslam Respublikası Teleradio Təşkilatının Bakıdakı ofisinin yerli müxbiri və sürücüsünün həbs olunması ilə bağlı Azərbaycan hökumətinin son hərəkətinə reaksiyada deyib ki, Azərbaycan hökumətinin İranla əlaqədar hərəkətləri cavabsız qalmayacaq və bu hərəkətlərə qətiyyətli cavab verəcəyik.

Beynəlxalq səviyyədə İrana qarşı həyata keçirilmiş hərəkətlərin əsasən ABŞ və sionist rejimin təhrikləri ilə baş tutduğunu bəyan edən Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının üzvü söyləyib: Bu hərəkətlər İran xalqının gücləndiyini göstərir.

  • Yazılıb
  • da (də) 2012 Feb 25