Tarix : 2012 Feb 25
Kod 28826

Jurnalistləri Müdafiə Komitəsi Anar Bayramlının dərhal azadlığa buraxılmasını tələb edir

Yerli hüquq müdafiəçiləri hesab edirlər ki, jurnalistin həbsinin əsl səbəbi onun peşə fəaliyyətidir
/Aran agentliyi

Jurnalistləri Müdafiə Komitəsi (JMK) Anar Bayramlıya qarşı irəli sürülən narkotik maddə ittihamını uydurma hesab edir və onun dərhal azadlığa buraxılmasını tələb edir. Bu barədə Nyu Yorkda yerləşən JMK-nın İran TV-nin və “Fars” agentliyinin Bakı müxbiri Anar Bayramlının həbsilə bağlı bəyanatında deyilir.

Yerli hüquq müdafiəçiləri hesab edirlər ki, jurnalistin həbsinin əsl səbəbi onun peşə fəaliyyətidir, Azərbaycanın xarici siyasəti haqqında tənqidi reportajları və İsraillə əməkdaşlığıdır.

Bayramlıya qarşı ittihamlar əsassızdır və o, dərhal azadlığa buraxılmalıdır”, - JMK rəhbərinin müavini Robert Makoni bildirib.

Bəyanatda qeyd olunur ki, cümə günü hakimiyyət İran TV-nin ofisinin sürücüsü Ramil Dadaşovu da saxlayıb. Onun nədə ittiham olunduğu hələlik məlum deyil.

  • Yazılıb
  • da (də) 2012 Feb 25