Azərbaycan Müsavat Partiyasının başqanı İsa Qənbər azərbaycanlı dindarların kütləvi həbsinə toxunaraq bu məsələnin hökumətin biabırçılığının nişanəsi adlandırıb
/Aran agentliyi
Azərbaycan Müsavat Partiyasının başqanı İsa Qənbər azərbaycanlı dindarların kütləvi həbsinə toxunaraq bu məsələnin hökumətin biabırçılığının nişanəsi adlandırıb.
Faktxəbərin verdiyi məlumata görə, İsa Qənbər bildirib: Hökumət İranla öz münasibətlərini tənzimləyə bilmədiyi üçün öz vətəndaşlarından girov kimi istifadə edir.
Müsavat partiyasının başçısı deyib: Azərbaycan Respublikası hakimiyyəti İranla öz münasibətlərini mümkün olan ən pis formaya salıb və hazırda İranla inadkarlıq istiqamətində dindarları həbs edir.
İsa Qənbər əlavə edib: Bizim vəzifəmiz xalqın inancından asılı olmayaraq hər bir şəraitdə öz vətəndaşlarımızı müdafiə etməkdir.
Azərbaycan Musavat Partiyasının başqanı sonda Azərbaycan Respublikası prezidentindən istəyib ki, məsələyə münasibət bildirsin