İranın Radio və Televiziya Təşkilatının Bakıdakı ofisinin yerli müxbirinin həbs olunması ilə bağlı hərəkət ikitərəfli media əməkdaşlıqlarının qarşısının alınması...
/Aran agentliyi
İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat katibi deyib: İranın Radio və Televiziya Təşkilatının Bakıdakı ofisinin yerli müxbirinin həbs olunması ilə bağlı hərəkət ikitərəfli media əməkdaşlıqlarının qarşısının alınması, xüsusilə də cənab Əli Həsənovun Tehran səfərindəki ikitərəfli anlaşmalara zərbə vurmaq istiqamətində həyata keçirilir.
İranın Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri Azərbaycan Respublikasının Salam-News İnformasiya Agentliyi ilə müsahibədə deyib: Güman edirəm ki, bu hərəkət İrana qarşı olmaqdan daha çox, Azərbaycanın yüksək səviyyəli rəsmilərinin müsbət tədbirləri və media anlaşmalarının əldə olunması üçün İrana göndərilən Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi Əli Həsənovun özünə qarşı atılan addımdır.
İran səfirliyinin İran Teleradio Təşkilatının Azərbaycan Respublikasındakı ofisinin yerli müxbirinin həbsindən təəssüfləndiyini və bu məsələni pislədiyini bir daha qeyd edən İsgəndəri deyib: Ötən iki ildə bu ilk dəfə deyil ki, İran İslam Respublikası Televiziya və Radio Təşkilatının Azərbaycan Respublikasındakı yerli müxbirləri təhlükəsizlik qüvvələri və polis tərəfindən əsassız ittihamlarla həbs olunurlar. Lakin müştərək media komitəsinin təşkili üçün anlaşma və media əməkdaşlıqları sahəsində iki ölkənin son addımlarından sonra İran Teleradio Təşkilatının Bakıdakı ofisinin yerli müxbirinin həbsi düşündürücüdür və iki ölkə münasibətlərinin inkişafına qarşı olan dairələrin fəaliyyətinin güclənməsi və ikitərəfli anlaşmalardan sui-istifadə etdiklərinin göstəricisidir.
Anar Bayramlının jurnalist olmaması ilə bağlı bəzilərinin iddialar haqqındakı sualı cavablandıran İranın Bakıdakı səfirliyinin mətbuat katibi deyib: Açıq-aydın şəkildə cənab Bayramlı dəfələrlə İran İslam Respublikasının səfirliyinin rəsmi notası ilə İranın Teleradio Təşkilatının Bakıdakı ofisinin müxbiri kimi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə və Prezident Administrasiyasına təqdim olunub və müxtəlif münasibətlərlə onun professional işində asanlaşdırmanı istəyirdik. Buna görə onun jurnalist olmasında və İran media qurumu ilə onun əməkdaşlığı ilə əlaqədar nümayəndəliyin elanında heç bir şübhə yoxdur.
"Azərbaycan Respublikasının bir çox rəsmi və naziri dəfələrlə ona müsahibə verib və onun kadrı da mövcuddur. Mən bilmirəm ki, həqiqəti inkar etməyin nə qədər faydası olacaq?" –deyə İsgəndəri bildirib.
İranın Bakıdakı səfirliyinin mətbuat katibi qeyd edib: Ümidvarıq ki, Azərbaycan Respublikasının əlaqədar rəsmiləri məsələnin əhəmiyyətini anlayaraq, İran İslam Respublikası Televiziya və Radio Təşkilatının Azərbaycan Respublikasındakı yerli işçilərin dərhal azad edərək və Azərbaycan Respublikası medialarının İrana qarşı mənfi təbliğatını dayandıraraq ikitərəfli əməkdaşlıqların mənfi dəyərləndirilməsi və iki ölkənin media münasibətlərinin gərginləşməsinin qarşısı alsınlar