/Aran agentliyi
İsrail Azərbaycana 1 milyard 600 milyonluq hərbi təyyarə satacaq.
"Qafqazinfo"nun türk mətbuatına əsasən verdiyi xəbərə görə, İsraillə Azərbaycan arasında böyük məbləğli hərbi texnika haqqında müqavilə bağlanıb. Məlumatda bildirilir ki, gizli saxlanılan müqavilənin dəyəri 1 milyard 600 milyon dollar həcmindədir. İsrailli təmsilçinin türk mətbuatına verdiyi açıqlamaya görə, müqaviləyə əsasən ölkə bu məbləğ qarşılığında Azərbaycana hərbi hava müdafiəsi texnikası, eləcə də insansız idarə olunan təyyarələr satacaq.
Məlumatda o da qeyd olunur ki, İsraillə sıx əməkdaşlıq son zamanlar İranla Azərbaycan arasındakı münasibətləri də gərginləşdirib.