Tarix : 2012 Feb 26
Kod 28863

İran İslam Respublikasının Bakıdakı səfiri ictimai rəyi aydınlaşdırmaq üçün bəyanat Verdi

“İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin kütləvi informasiya vasitələrindən gözləntisi budur ki...
/Aran agentliyi

“İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin kütləvi informasiya vasitələrindən gözləntisi budur ki, onlar iki ölkə arasındakı münasibətlərin əhəmiyyətini nəzərə alaraq, İran İslam Respublikasının mənfi simada göstərilməsinə yönələn addımlardan çəkinməklə, həqiqətlərin söylənilməsi və iki ölkə arasındakı münasibətlərin inkişaf edərək genişlənməsi istiqamətində addım atsınlar”.

İranın Radio və Televiziya Təşkilatının Bakı ofisinin əməkdaşının həbsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrində yayılan yalan və həqiqətdən uzaq xəbərləri nəzərə alaraq, Azərbaycan Respublikasında ictimai rəyi aydınlaşdırmaq və düzgün istiqamətə yönəltmək üçün İran İslam Respublikasının Bakıdakı səfirliyi bəyanat verdi.

İran İslam Respublikasının səfirliyi İranın Radio və Televiziya Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin yerli əməkdaşlarının həbs edilməsiylə əlaqədar təəssüf və narahatlığını bildirərək, bu addımı hər iki tərəfin informasiya və media vasitələrinin əməkdaşlığına maneə yaradılması, xüsusilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənovun Tehrana səfəri zamanı əldə olunan razılaşmalara xələl vurmaq istiqamətində atılan addım kimi qiymətləndirib.

Bəyanatda deyilir: “İnfomasiya vasitələri və media sahəsində əməkdaşlıq, eləcə də informasiya vasitələri üzrə Müştərək Komitənin yaradılması barədə razılaşmanın əldə olunması istiqamətində iki ölkə tərəfindən atılan son addımlardan az sonra İranın Radio və Televiziya Təşkilatının Bakı ofisinin əməkdaşlarının həbsi məsələsi başadüşüləndir və iki ölkə arasındakı münasibətlərin inkişaf etməsini, eləcə də mövcud olan anlaşılmazlıqların aradan qaldırılmasını istəməyən dairələrin fəaliyyətinin güclənməsindən xəbər verir”.

Həmçinin bu bəyanatda Azərbaycan Respublikasındakı terror aktlarında İran İslam Respublikasının əli olması barədə bəzi informasiya vasitələri tərəfindən saxta xəbərlər yayılmasını tənqid edilib və bu barədə deyilir: “Bu ssenari sionist rejimi və onların havadarlarının casusları tərəfindən İranın nüvə alimlərinin terror edilməsi faktının ört-basdır edilməsi məqsədilə həyata keçirilir”.

İranın Bakıdakı səfirliyinin bəyanatında sözügedən xəbərlərin əslində İran İslam Respublikasını mənfi simada göstərmək və beynəlxalq səviyyəli terror aktlarının törədilməsi və Fələstin xalqının kütləvi şəkildə qətlə yetirilməsi işində ad qazanmış sionistlərə məzlum donu geydirmək və onlara xidmət etməyə yönələn səylər olduğu vurğulanaraq bildirilir: “Təəccüb doğuran məqam bundan ibarətdir ki, Azərbaycan Respublikasının bəzi informasiya vasitələri özləri də bilmədən köhnə ssenariləri gündəmə gətirməklə, İran İslam Respublikasının nüvə alimlərinin sionistlər tərəfindən terror edilməsi məsələsində ictimai rəyin azdırılması, hegemon qüvvələrin qonşu ölkəyə qarşı (İran İslam Respublikası) mənfi media məqsədlərinin həyata keçməsi istiqamətində addım atmış olurlar”.

Bu bəyanatda Azərbaycan Respublikasının bəzi informasiya vasitələrinin İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik ötürülməsi barədə əsassız təbliğat aparmasına da işarə olunub: “Azərbaycan Respublikasının informasiya vasitələri yaxşı olardı ki, narkotik maddələrin yayılmasının əsas köklərini Əfqanıstanın işğalına yönəlmiş məqsədlərdə, eləcə də müsəlman ölkəsi olan və NATO-nun uçuşları marşrutu istiqamətində yerləşən Əfqanıstanda NATO qüvvələri çərçivəsində xaşxaş əkinlərini qoruyanların əməllərində axtarsınlar.istiqamətində yerləşən Əfqanıstanda NATO qüvvələri çərçivəsində xaşxaş əkinlərini qoruyanların əməllərində axtarsınlar”.

Bəyanatın sonunda deyilir: “İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin kütləvi informasiya vasitələrindən gözləntisi budur ki, onlar iki ölkə arasındakı münasibətlərin əhəmiyyətini nəzərə alaraq, İran İslam Respublikasının mənfi simada göstərilməsinə yönələn addımlardan çəkinməklə, həqiqətlərin söylənilməsi və iki ölkə arasındakı münasibətlərin inkişaf edərək genişlənməsi istiqamətində addım atsınlar”.

Azərbaycan Respublikası təhlükəsizlik qüvvələri keçən cümə axşam İranın Radio və Televiziya Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin yerli əməkdaşı Ramin Bayramlıdan narkotik maddəsi tapılması kimi əssasız iddia ilə həbs etdi.

Polis rəsmiləri, Anar Bayramlı həbs edilərkən polisə müqavimət göstərməsini iddia edir.

Onların deməyinə əsasən, hazırda Anar Bayramlının narkotik maddələri kimdən və necə alması barədə tədqiqat aparılır.

Bundan əlavə, İranın Radio və Televiziya Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin sürücüsü Ramin Dadaşov da həbs edilmişdir.

 

 

  • Yazılıb
  • da (də) 2012 Feb 26