Tarix : 2012 Feb 26
Kod 28864

Əgər mənim Azərbaycan Respublikasının dövlət orqanlarıda məsuliyyətim olsaydı, Qarabağı azad etmə...

Əgər mənim Azərbaycan Respublikasının dövlət orqanlarıda məsuliyyətim olsaydı, Qarabağı azad etmək üçün bayramı baykot edərdim
/Aran agentliyi

Əgər mənim Azərbaycan Respublikasının dövlət orqanlarıda məsuliyyətim olsaydı, Qarabağı azad etmək üçün bayramı baykot edərdim. Çünki bu gün ermənilərin namübarək qədəmləri bu torpaqlarda ağırlıq edir. Halbuki, Azərbaycan mediası “Eurovision”u azərilərin qürur bayramı adlandırır.

Höccətül-islam vəl-müslimin Seyid Həsən Amili Ərdəbilin bu həftəki cümə namazı xütbələrində insanın təbiət və fitrətinə işarə edərək dedi: “Toplumun gözəllikləri və xalqın haqsevərlik, ədalətsevərlik və azadlıq arzularının gerçəkləşməsi insan fitrətinin tərəqqisi sayəsindədir”.

Amili, zalım hakimlərin insanları vücudlarındakı fitrətdən uzaq saxlamaq istəmələrinə də işarə edərək açıqladı: “Belə hakimlər xalqın özünəgüvənliyini onların əlindən almaqla, gözəlliyi çirkin, çirkinliyi gözəl göstərməklə insan fitrətini boğulmuş və yatmış kimi  qələmə verir və özləri də belə təsəvver edirlər”.

Ərdəbilin imam cüməsi toylarda naməhrəmlərin bir-birinə qarışmasını, spirtli içkilərin istifadəsini və bir çox günah və haramlara mürtəkib olmağı insan fitrətinin yatmasının nəticəsi olduğunu bildirərək artırdı: “Əgər Azərbaycan Respublikası xalqı gələn aylarda keçiriləcək “Eurovision” müsabiqəsinə görə xəcalət çəkir və narahatdırsa, bunun səbəbi sözü gedən müsabiqədə gey və lezlərin təhrikedici şəkildə parad keçmələri, bu pak  diyarda İslam hakimiyyətin və dini etiqadların sual altına salındığı üçündür”.

Amili, Azərbaycan Respublikası nazirlərindən birinin “Eurovision proqramını fərdi azadlığın təşviqi adlandırmasını xatırladaraq dedi: “Azərbaycan Avropa Birliyinə qəbul olmaq üçün bu musiqi proqramının keçirilməsinə milyardlarla pul xərcləyib. Halbuki, bu rəqəmin ən az məbləği ilə öz qoşunlarını təchizatlandıraraq, Qarabağı azad edə bilərdilər”. 

Seyid Həsən Amili xütbələrinin sonunda bildirdi: “Əgər mənim Azərbaycan Respublikasının dövlət orqanlarıda məsuliyyətim olsaydı, Qarabağı azad etmək üçün bayramı baykot edərdim. Çünki bu gün ermənilərin namübarək qədəmləri bu torpaqlarda ağırlıq edir. Halbuki, Azərbaycan mediası “Eurovision”u azərilərin qürur bayramı adlandırır”.

  • Yazılıb
  • da (də) 2012 Feb 26