İranın nüvə alimlərinə qarşı terrorçu əməliyyatların həyata keçirilməsində rolu olan Mossadın Bakıdakı casusu''Cavidan'' təxəllüsü ''Cəfər Xoşzəban''-dır
/Aran agentliyi
İranın nüvə alimlərinə qarşı terrorçu əməliyyatların həyata keçirilməsində rolu olan Mossadın Bakıdakı casusu"Cavidan" təxəllüsü "Cəfər Xoşzəban"-dır.
Müxbirimizin məlumatına görə, Mossadın Bakıdakı casusuna Az. R-nın təhlükəsizlik orqanları tərəfindən hərtərəfli dəstək verilib. İran İslam Respublikası Mossadın iranlı casusunun qaytarılmasını tələb edir.
12 fevral 2012-ci tarixində Az. R-nin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb və Az. R-da Mossad casusluq şəbəkəsinə yaradılmış şəraitə görə ona etiraz bildirib .
Keçmişdə də nüvə alimi şəhid Əliməhəmmədinin qatili Məcid Camali Fəşi də Az. R-da ona Tələvivə səfər üçün şəraitin yaradıldığı və ixtiyarında saxta pasportun qoyulduğunu etiraf etmişdi.
İranda həbsə alınmış terrorçuların etriaflarına görə Az. R-nın xəfiyyə orqanlarının Mossad Terror Təşkilatının İranın nüvə alimləri əleyhinə terror əməliyyatlarında iştirakı olmuşdur.
Az. R-nın təhlükəsizlik orqanlarının həmçinin İranın düşmənləri sırasında qeydə alınmış terrorçu münafiqlər (Xalıq Mücahidləri Təşkilatı) və PEJAK qaragüruhları üzvlərinə dəstək və Az. R. ərazisində sığınacaq verməsi də göz önündədir.