Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrulla deyib: ABŞ deyir ki, Hizbullah Afrikada və Azərbaycan Respublikasında bazlar yaradıb. Ey kaş, belə olaydı
/Aran agentliyi
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrulla deyib: ABŞ deyir ki, Hizbullah Afrikada və Azərbaycan Respublikasında bazlar yaradıb. Ey kaş, belə olaydı.
Livanın Nəbi Şit məntəqəsində Hizbullahın sabiq baş katibi şəhid Seyid Abbas Musəvinin atasının yas mərasiminin 7-ci günündə çıxış edən Nəsrullah deyib: Müqavimətin vasitəsi ilə biz 2000-ci ildə öz ərazilərimizi işğaldan azad etdik və öz əsirlərimizi geri alaraq xalqımızın təhlükəsizliyi, stabilliyi və rifahını reallaşdırdıq.
"ABŞ deyir ki, Hizbullah Afrika və Azərbaycan Respublikasında bazalar yaradıb. Ey kaş belə olaydı" –deyə Nəsrullah bildirib.
Nəsrullahın sözlərinə görə, sionist rejim Fələstində fələstinlilərin torpaqlarını işğal edib və onların kütləvi qırğını davam etdirir. Sionistlər hələ də minlərlə fələstinli əsiri ağır şəraitdə saxlayırlar.
"Sionistlər xristian və islam müqəddəslərinə qarşı hörmətsizliyi davam etdirirlər və bu onların ideologiyasından qaynaqlanır" –deyə Nəsrullah qeyd edib.