Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar ''Şəhidlər unudulmur'' adlı tədbir keçirilmişdir
/Aran agentliyi
Cəlilabad rayon " Şəhidlər "məscidinin dini icması tərəfindən "Şəhidlər" məscidində Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar "Şəhidlər unudulmur" adlı tədbir keçirilmişdir.
Dini icmanın sədri Hüseyn Məmmədov bildirmişdir ki, tədbirin keçirilməsində məqsəd xalqımızın ağrılı - acılı günü olan Xocalı soyqırımının ictimaiyyətdə daha da geniş yer alması, erməni vəhşiliklərinə qarşı barışmaz mövqe bildirmək və vətənimizin torpaqları uğrunda canlarından keçən Şəhidlərin yad edilməsidir.
Tədbir müqəddəs Qurani-Kərim ayələrinin oxunuşu ilə başlamış, tanınmış rayon ruhanilərini vətənpərvərlik və şəhidlik mövzularına ictimai-dini baxışları bildirilmişlər. Tədbirə o cümlədən şəhid ailələri, Qarabağ veteranları və rayon ziyalıları iştirak etmiş, Xocalı soyqırımının törədən cinayətkarların cəzalandırılmasının vacibliyi vurğulanmışdır. Mərasim rayon Şəhidlər abidəsinin ziyarəti ilə sona çatmışdır.