Sionist İsrail rejiminin Azərbaycan Respublikasına silah və hərbi sursat satması barədəki məlumat dünən axşam öz təsdiqini tapdı
/Aran agentliyi
Sionist İsrail rejiminin Azərbaycan Respublikasına silah və hərbi sursat satması barədəki məlumat dünən axşam öz təsdiqini tapdı. Azərbaycan rəsmiləri əlaqələri gizlətsə də, sionistlər bu əlaqələri hər yerdə car çəkmək istəyirlər.
Washington Post qəzetinin yazdığına görə, sionist İsrail rejiminin hərbi nümayəndələri təsdiqləyiblər ki, Azərbaycan Respublikasına 1.6 milyard dollar dəyərində pilotsuz təyyarələr, havadan müdafiə sistemləri və raket əleyhinə müdafiə sistemlərinin satılması haqda müqavilə imzalanıb.
Washington Post öz məqaləsində sionist rejimin öz hərbi texnologiyasını İranla həmsərhəd ölkəyə gətirməklə, bu ölkəyə qarşı provokasiya ilə məşğul olduğunu qeyd etmişdir.
Məqalədə İsrailin satdığı silah və hərbi sursatdan mümkün müharibədə Ermənistana qarşı istifadə olunacağı barədə heç bir məlumat verilmir. Lakin sionist rejimin hərbi dairələrinə istinad olaraq bildirirlər ki, bu cür silah müqavilələri İranı təlaşa salacaqsa, bu Təl-Əviv üçün göydən düşmə bir şansdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası sionist İsrail rejimi ilə əlaqələrini gizli saxlamağa çalışsa da , əksinə sionist rejim bu əlaqələri hər yerdə car çəkmək istəyir. Çünki beləliklə özünün guya təcriddən çıxdığını göstərməyə çalışır.