Jurnalistlərə qarşı ən böyük təhdid Azərbaycan Respublikası hakimləri tərəfindəndir
/Aran agentliyi
Azərbaycan Respublikası Turan İnformasiya Agentliyinin rəhbəri xaricdən jurnalistlərə qarşı təhdidin mövcud olması ilə bağlı iddianı rədd edib və deyib: Jurnalistlərə qarşı ən böyük təhdid Azərbaycan Respublikası hakimləri tərəfindəndir.
Yerli mənbələrin məlumatına görə, Azərbaycan Respublikası Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev jurnalistlərlə müsahibədə bir qrup ölkə mediasının son iddiası barəsində bildirib: Bu günə qədər Azərbaycan Respublikasında jurnalistləri hədəfə alan hər hansı təhdid, zorakılıq və yaxud ölümcül hadisəsini hamısı xaricdən deyil, Azərbaycan hakimləri tərəfindən planlaşdırılıb və icra olunmuşdur.
"Rafiq Tağının terroru məsələsini də ölkənin daxilində kökü var və İranın bu hadisədə əlinin olmasına əsla inanmıram. Azərbaycan rəsmiləri hər bir hadisə baş verdiyində İranın əli olduğunu deyirlər" –deyə Əliyev bildirib.
Azərbaycan Respublikası hökumətinin belə qalmaqallarını rədd edən Mehman Əliyev bildirib: Ölkənin müstəqilliyinin əvvəlindən hər hansı bir təzyiq yalnız Azərbaycan Respublikasına hakim rəsmilər tərəfindən media qruplarının nümayəndələri və başçılarına yönəlib. Buna görə lazımdır ki, jurnalistlərin başına gələn belə hadisələrin müqəssirini ölkədən xaricdə deyil, daxildə axtarmalıyıq.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası jurnalistlərin cəzalandırılması siyasəti istiqamətində son vaxtlar da Səhər telekanalının yerli jurnalistini saxta və gülünc narkotik maddələri gəzdirmək ittihamı ilə həbs edib.
Bu məlumata əsasən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun məlumatına əsasən bu ilk dəfə deyil ki, Azərbaycan Respublikasında jurnalistlər saxta narkotik maddələrin gəzdirmək ittihamı ilə həbs olunurlar.
Bundan öncə də Azadlıq qəzetinin jurnalisti Mirzə Sakit heroin narkotik maddəsi gəzdirmək ittihamı ilə 3 il həbsə məhkum olmuş və Realnı Azərbaycan qəzetinin baş redaktoru Eynulla Fətullayev də bu ittihamla 2,5 il həbsə məhkum olunmuşdu.
Hal-hazırda Xoral qəzetinin baş redaktoru Əvəz Zeynallı və bu qəzetin jurnalisti Aydın Canıyev saxta ittihamlarla həbsdədirlər.