Azərbaycan Respublikası hökuməti son illər ərzində sionizm və sionist rejimə qeyd-şərtsiz etimad etməklə demək olar ki, ''özünün bütün yumurtalarını sionist rejimin səbətinə yığıb
/Aran agentliyi
Sionist mənbələr Azərbaycan Respublikası hökumətinin sionist İsrail rejimindən 1,6 milyard dollarlıq gizli silah satın aldığını ifşa etməklə nümayiş etdirdilər ki, rəsmi Bakını qəsdən gərginliyə sürükləməkdə israrlıdırlar.
Azərbaycan Respublikası hökuməti son illər ərzində sionizm və sionist rejimə qeyd-şərtsiz etimad etməklə demək olar ki, "özünün bütün yumurtalarını sionist rejimin səbətinə yığıb".
Azərbaycan Respublikası hökuməti sionizm cərəyanı və sionist rejimin mənafeyinə görə hətta bu ölkə əhalisinin böyük bir hissəsi yəni islamçılarla düşmənçilik edir.
Azərbaycan Respublikasında repressiyaların ən kəskini sionist rejimə etiraz edənlərə qarşı tətbiq olunur. Belə ki, Wikileaks saytında dərc olunan ABŞ-ın Bakıdakı səfirliyinin yazılarında qeyd olunur ki, Bakı polisinin misal olaraq İranın Bakıdakı səfirliyinə qarşı hər növ aksiyaya dözdüyü və hətta razılıq verdiyi bir halda sionist rejimin Bakıdakı səfirliyinin qarşısında etiraz edənlərə qarşı kəskin zorakılıq göstərir.
Rəsmi Bakı habelə sionist rejimin mənafeyini təmin etmək üçün hətta Azərbaycan Respublikası ilə ortaqlıqları olan ölkələr və qonşularla münasibətlərinə zərbənin dəyməsinə hazırdır. Azərbaycan Respublikası hökumətinin İran İslam Respublikası və hətta Türkiyə ilə qeyri-səmimi münasibətləri və sionist rejimin təhlükəli olması barəsində irəli sürülən xəbərdarlıqlara rəsmi Bakının etinasızlığı bu həqiqətin bariz nümunəsidir. "Rəftarı "uşaqların ən pis səhvlərə yol verdikləri zaman hərəkətlərinə" bənzəyən rəsmi Bakı həmişə çalışıb ki, sionist rejimlə münasibətlərinin bir hissəsini gizli saxlasın. Azərbaycan Respublikası hökumətinin sionist rejimdən 1,6 milyard dollarlıq silah satın alması ilə bağlı anlaşma rəsmi Bakının gizli saxladığını düşündüyü hallardandır. Lakin sionistlər öz azərbaycanlı "dostlarını" nəzərə almadan bu nəhəng vəsaitli silah anlaşmasını da ifşa ediblər ki, Bakını atılmış addım qarşısında qoysunlar. Sionistlər bir daha çalışdılar ki, öz "hamam dostunu" incidici şəkildə rüsvay edərək gərginliyə sürükləsinlər.
Lakin belə bir sual irəli sürülür ki, rəsmi Bakının sirlərini ifşa etməkdə Təl-Əvivin israrının səbəbi nədədir? Nə üçün sionistlər və sionist rejim Azərbaycan Respublikası hökumətinin onlara çoxlu xidmətlərinə baxmayaraq, İlham Əliyev hökumətini gərginliyə sürükləməkdə israrlıdırlar? Sionistlərin dostlarının təcrübələrinə diqqət yetirmək bu sualın cavabını asanlaşdırır. Əslində bu, sionizmin getdiyi yolun bir hissəsidir ki, öz ardıcıllarını həllolunmaz məsələlər, mürəkkəb vəziyyətlər, hətta əxlaqi problemlər girdabına ataraq onların sionizmə bağlılığını artırsınlar və onların başına min bir oyun gətirərək özlərinin əsiri kimi saxlasınlar. Uzağa getməyək. Türkiyə hökumətləri ötən onilliklərdə sionist rejimin dostlarından idilər. Lakin bu dostluq sionistlərin Türkiyəyə qarşı xəyanəti və cığallığından başqa bir şey gətirmədi. Belə ki, sonda sionist rejimin xəyanətlərinin nəticələrinin bir hissəsi, xüsusilə də Türkiyəyə nöqsanlı pilotsuz təyyarələrin satılması barəsindəki xəyanəti, Türkiyənin Təhlükəsizlik Təşkilatının sirlərindən sui-istifadə və Mavi Mərmərə gəmisində Türkiyənin 9 vətəndaşını şəhid etməklə bağlı hərəkətlər Ankaranı özünə gətirdi və Türkiyə hökuməti sionist rejimi tənqid etməyə başladı və hətta rəsmi Bakıdan istədi ki, sionist rejimlə münasibətlərinə yenidən baxsın. Lakin rəsmi Bakının uşaq inadkarlığı yenə də icazə vermədi ki, Azərbaycan Respublikası hökumətinin sirlərinin ifşa olunmasında sionistlərin israrlıq səbəblərini araşdırmaq fikrinə düşsün! Maraqlıdır ki, sionist rejim Azərbaycan Respublikası ilə tarixi, mədəni və dini ortaqlıqlara malik ölkələr yəni İran və Türkiyə ilə düşmənçilik edir, lakin Azərbaycan Respublikasının ərazisinin 20%-i işğal etmiş və hətta rəsmi Bakının dediyinə görə, hazırda Azərbaycan Respublikası ilə müharibə şəraitində olan Ermənistanla heç bir problemi yoxdur. Daha maraqlısı isə budur ki, Azərbaycan Respublikası mediaları və hətta rəsmilər bu həqiqətə göz yumaraq sionist rejimi Ermənistanın düşməni kimi göstərməyə və bununla da sionistlərə etdikləri xidmətləri əsaslandırmağa çalışırlar.
Azərbaycan Respublikası hökumətinin sionist rejimdən 1,6 milyard dollarlıq silah satın alması ilə əlaqədar anlaşmanın ifşa olunması ilə bağlı sionist mənbələrin hərəkəti, xüsusilə də bu anlaşmanın sionist başçıların İran İslam Respublikasına qarşı düşmənçilikdə sionist rejimin məqsədlərini təmin etmək istiqamətində həyata keçirildiyi açıqlamaları rəsmi Bakının sionizmə bağlılıqda dəhşətli şəkildə ilişdiyini göstərir.
Rəsmi Bakının bu bağlılıqdan xilası Azərbaycan Respublikasının müsəlman xalqının ciddi əzmkarlığı və hərəkətinə ehtiyacı ilə mümkündür. Bu hərəkət sonda Misirin müsəlman xalqının hərəkəti kimi nəticə verəcək və Azərbaycan Respublikasının müsəlman xalqının həqiqi azadlığı baş tutduğu halda Azərbaycan Respublikası xalqı İsraili gərginliyə sürükləyəcək. Şübhəsiz Azərbaycan Respublikasının müsəlman xalqı Allah-taalaya təvəkkül etməklə bu möhtəşəm günü yaradacaq.