Gərginlik hər dəfə həbs olunanlara qarşı narkotik maddələr ittihamı irəli sürülərək başlanmış və sonra isə terror və çevriliş ittihamı üçün səylə davam edir
/Aran agentliyi
Azərbaycan Respublikası hökumətinə müxalif qərbpərəst partiyalar, islamçı fəallar, eləcə də İran Televiziyasının Bakıdakı nümayəndəliyinin iki yerli işçisinin həbsini bu respublikada yeni gərginli dövrünün başlanması kimi qeyd ediblər.
Bakıdakı yerli mənbələrin məlumatına görə, Müsavat partiyasının başqanı İsa Qənbər Azərbaycan Respublikası hökumətinin ölkə vətəndaşlarını girov götürdüyünü bildirərək deyib: Gərginlik hər dəfə həbs olunanlara qarşı narkotik maddələr ittihamı irəli sürülərək başlanmış və sonra isə terror və çevriliş ittihamı üçün səylə davam edir.
İ.Qənbər Azərbaycan Respublikası hökumətini öz xarici, xüsusilə də qonşuları ilə münasibətlərini tənzimləməkdə acizlikdə ittiham edib.
Azərbaycan Demokratiya Partiyasının sədri Sərdar Cəlaloğlu da Azərbaycanda dindarların kütləvi şəkildə həbsini gərginlik sayıb və deyib: Dindarların hazırkı həbsləri hökumətin zəifliyi və acizliyinin nişanəsidir
AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı da partiyanın son həbslərini gərginlik saydığını bildirərək deyib: Qənaətimizcə, dindarların həbsi siyasi xarakter daşıyır.
AXCP sədr müavini habelə əlavə edib: Biz bu həbsləri kəskin şəkildə pisləyirik və inanırıq ki, təkcə dindarlara qarşı deyil, ölkənin hər bir vətəndaşına qarşı belə siyasi təzyiqlər olunmasın.
Siyasi müşahidəçilərin qənaətincə, Stalin dövrünün Azərbaycan SSRİ repressiyalarını xatırladan Azərbaycan Respublikasındakı yeni gərgin dövr 2011-ci il yanvar ayında islamçı fəal və siyasi müxaliflərin həbs ilə başlanıb.
Azərbaycan Respublikasının sionist rejimdən geniş şəkildə silah alması ilə eyni zamanda başlayan 3-cü həbs dalğası elə bir haldadır ki, gələn may ayında Avrovision mahnı müsabiqəsinin kənarında dünyanın müxtəlif yerlərindən gələn homoseksualların Bakıda paradı keçirilməlidir.
Yeni həbs dalğası ilə yanaşı İran Televiziya və Radio Təşkilatının Bakıdakı nümayəndəliyinin müxbiri və sürücüsü də həbs olundu və islamçı fəallara qarşı oxşar saxta ittihamlar onlara da qarşı irəli sürüldü. Bu məsələ Azərbaycan Respublikasında və xaricdə jurnalistlərin hüquqlarını müdafiə edən təşkilatların reaksiyası və etirazına səbəb olub.