Tarix : 2012 Feb 29
Kod 28928

Hicab Məhbuslarının apellyasiya şikayəti təmin olunmadı

Məmməd Əsgərov və Zaur İsgəndərovun şikayətini təmin etməyib
/Aran agentliyi

Bakı Apellyasiya Məhkəməsi Hicaba azadlıq aksiyasına görə məhkum olunmuş Məmməd Əsgərov və Zaur İsgəndərovun şikayətini təmin etməyib.

Fevralın 29-da keçirilən məhkəmə iclasında hakim Vaqif Mursaqulov birinci instansiyanın çıxardığı qərarı qüvvədə saxlayıb.

Vəkil Anar Qasımlı Media forum saytına deyib ki, qərardan Ali Məhkəməyə şikayət olunacaq: Eyni zamanda may ayında Hicaba azadlıq aksiyasına görə həbs edilmiş dindarların həbsinin 1 ili tamamlanacaq. Qanun imkan verir ki, məhkum cəzasının üçdə bir hissəsini çəkəndən sonra vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət etsin. Bu hüquqdan yararlanmaq üçün də məhkəməyə müraciət etməyi nəzərədə tutmuşuq.

Hicaba azadlıq aksiyası 2011-ci il mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilib. Aksiyaya görə 15 nəfər məhkum olunub.

2011-ci il dekabrın 5-də Nərimanov Rayon Məhkəməsi Məmməd Əsgərov və Zaur İsgəndərovu 3 il müddətinə azadlıqdan məhrum edib. Onlar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) təqsirli biliniblər.

 

  • Yazılıb
  • da (də) 2012 Feb 29