Bu gün Azərbaycan İslam Partiyasının (AİP) üzvlərinin Ali Məhkəmədə apellyasiya şikayətinə baxılıb
/Aran agentliyi
Bu gün Azərbaycan İslam Partiyasının (AİP) üzvlərinin Ali Məhkəmədə apellyasiya şikayətinə baxılıb.
Vəkil Anar Qasımlı bildirib ki, hakim Hafiz Nəsibov sədrliyi ilə keçən prosesdə verdiyimiz şikayət təyin olunmayıb. Ali məhkəmə verdiyimiz ərizə yenidən Apellyasiya Məhkəməsinə qaytarılıb.
Xatırladaq ki, Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov 12 il, Firdovsi Məmmədrzayev 10 il, əmisi oğlu Dəyanət Səmədov 10 il, partiyanın sədr müavini Vaqif Abdullayev 11 il, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay, Seyyid Fəramiz 11 il azadlıqdan məhrum edilib. Zülfüqar Mikayılzadəyə isə 11 il şərti, 5 ili sınaq müddəti olmaqla hökm oxunub.
SalamNews