Bu gün Azərbaycan İslam Partiyasının (AİP) üzvlərinin apellyasiya şikayətinə baxılacaq
/Aran agentliyi
Bu gün Azərbaycan İslam Partiyasının (AİP) üzvlərinin apellyasiya şikayətinə baxılacaq.
Bu barədə SalamNews-a vəkil Anar Qasımlı məlumat verib. O deyib ki, məlum səbəblərə görə, apellyasiya şikayətinin baxılmasında gecikmələr olub. Ona görə də islamçıların Ali Məhkəməyə müraciətinə bu gün baxılacaq. Prosesə hakimi Hafiz Nəsibov sədrlik edəcək.
Xatırladaq ki, Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov 12 il, Firdovsi Məmmədrzayev 10 il, əmisi oğlu Dəyanət Səmədov 10 il, partiyanın sədr müavini Vaqif Abdullayev 11 il, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay, Seyyid Fəramiz 11 il azadlıqdan məhrum edilib. Zülfüqar Mikayılzadəyə isə 11 il şərti, 5 ili sınaq müddəti olmaqla hökm oxunub.