Tarix : 2012 Feb 29
Kod 28933

Qədəmini Avropaya yox, xalqın çiyninə qoydu

Azərbaycanda inkişaf edən yalnız yalan vədlər, xəyanət, zülm və din düşmənliyidir
/Aran agentliyi

Azərbaycanda inkişaf edən yalnız yalan vədlər, xəyanət, zülm və din düşmənliyidir.

Avropa birliyinə qədəm qoyan , bir ölkə Avropanında qanunlarına zidd hərəkət edir. Avropa birliyinin üzvü olan bir dövlətin həbsxanası siyasi məhbuslarla doludur. Hanı azadlıq, hanı demokratiya? Qorxusundan evinin küncünə sıxılan millətə, ya zindandakı çiyin-çiyinə oturan möminlərə baxıb deyirlər “demokratiya”. Vay, bu demokratiyadan .

Bir ölkənin rəhbəri ki, idarə elədiyi dövləti bu qədər aşağı görür, onu savadsız , qorxaq görür, haqqı ilə qumar oynayır və daha nələri desək ki, saymaqla bitməyir, belə bir rəhbərin hakimiyyəti altında yaşamaq doğrudurmu? Ayağını xalqın çiyninə qoyub Avropayla cütləşən Əliyevlər ailəsi ayağının altındakı əzilənin Azərbaycan və azərbaycanlı olduğunu hiss eləmir. Bunu hiss eləmək üçün gərk... .

Ölkəni təhlükə qarşısında qoyan ölkə rəhbəri nə düşünür? Ölkənin yaxşılığa doğru irəlilədiyini deyib, amma fəlakətə sürüklədiyinin fərqində deyilmi? Ölkənin irəliləyişini, ancaq körpü tikməklə, şəhərin bəzi yerlərini bəzəməkdə görürlər. Bundan başqa heç bir yenilik yoxdur, əksinə daha da vəziyyətin gərginləşdiyi müşahidə olunur.

Xalqın maddi vəziyyəti hər gün ağırlaşır, bölgələrdə evlərini su basan vətandaşlara qarşı yardım əvəzinə , çarəsiz qaldıqlarını şikaytə etdiklərinə görə hökumət adamları tərəfindən amansız təzyiqlər olur. Ölkənin ruhaniləri heç bir iğtişaş salmadan dinini təbliğ edir , əxlaqsızlığa qarşı etiraz edir və gənclərini insanlığa , haqqa doğru səsləyir, bu hal isə Əliyevləri və onları dəstəkləyənlərin ziyanına olduğu üçün ruhaniləri zalımcasına incidirlər, düşməncəsinə böhtanlayaraq həbs edirlər.

Cibində Quran gəzdirən , qəlbində Allah sevgisi olan insanların cibindən narkotik, evindən silah çıxarırlar. Ölkənin prezidentidə deyir “Azərbaycan günü-gündən inkişaf edir”. Düzdü İnkişaf çoxdur, amma inkişaf edən yalan, zülm, ölkəyə xəyanət, dinin qarşısını almaq üçün görülən tədbirlər və sair ədalətsizliklər. Rəhbərliyin düşündüyü və adamlarının icra etdiyi inkişaf , Avropaya çatmaq yolu budur.

Əliyevlərin nə düşündükləri qalsın özlərinə , bəs bu rəhbəri çiynində gəzdirən xalq nə düşünür. Bu nəsli həmişə çiynində gəzdirəcəkmi, ayağının altında əziləckmi. Torpağı 20 ildir işğalda olan, saysız şəhid verən, əsirlikdə yaxınları olan (hazırda əsirlərin adları çəkilmir), möminləri haqsız ittihamla zindanda olan xalq nə düşünür. Onu gözləyir ki, İsrail , Amerika qoşununu gətirb yerləşdirsin ölkədə. Nə düşünür bu millət ki, bu əməlləri törədənlər , İsrailə, Amerikaya qul olanlar bir gün onların qoşununa yem edəcəklər bu insanları.

Ey  Azərbaycan əhli, narkozdan oyanmağın vaxtı deyilmi. Zülümkara həddini göstərməyin vaxtı çatmadımı. Bu qədər olanlardan sonra və hal –hazırda da davam edən bəlanı ölkədən qovmağı düşünmürsünüzmü. Müstəqilliyi qazanan sən olmadınmı, Azərbaycan! Çək çiynini nadürüstlərin ayağı altından və hakim ol vətəninə , xalqına.

ISLAMTIMES - Zəhra 

Islamtimes

  • Yazılıb
  • da (də) 2012 Feb 29