Tarix : 2012 Feb 29
Kod 28934

Əiyev Azərbaycanı “oda atdı”

İsraildən silah almaq İranı qızışdıracaq, Türkiyəni narazı salacaq və...
/Aran agentliyi

Əliyevlər rejimi növbəti dəfə xarici siyasətində qayaya çarpıldı. Bu dəfə də əliyevlərin texnoloqları düz hesablaya bilmədilər. Söhbət Israildən 1 milyard 600 milyon dollarlıq silah alınmasından gedir. Təbii ki, rəqəmdən deyil, faktdan.

Azərbaycan bir dövlət kimi, Iran və Israillə müəyyən münasibətlərə malikdir. Təbii ki, Israillə daha sıx əməkdaşlığ edir. Bu, bizim tənqid hədəfimiz deyil. Iranla da xeyli rəsmi və qeyri-rəsmi biznes əlaqələri var.

Digər tərəfdən, Tehran özünə qarşı hərbi müdaxilə təhlükəsini Qərbin regiondakı müttəfiqlərindən görür. Yəni, onların tranzit kimi istifadə olunmasından. Tehrandan Bakıya qarşı irəli sürülən sonuncu ittiham isə Iranın nüvə mütəxəssislərini öldürməkdə şübhəli bilinən Israil kəşfiyyatçılarının ora Azərbaycandan keçməsi barədə olub. Azərbaycan hakimiyyəti isə, bu təhdidlər və ittihamlar səngiməmiş Israildən aşkar şəkildə silah alır. Bu, Azərbaycanı açıq şəkildə Iranın hədəfinə çevirməkdən başqa bir işə yaramayacaq. Söhbət təkcə silah almaqdan da getmir. Silahı məhz Israildən almaqdan gedir.

Nə etmək olardı?

Bu silahlanmanın ideya müəllifi Vaşinqton ola bilərmi? Bir qədər soyuq düşünsək, görərik ki, xeyr. Ona görə ki, Iranın başlıca hədəfi ola biləcək Bakı-Tbilisi-Ceyhanı qorumaq imkanı yoxdur. Bu mənada Iranın Azərbaycana qarşı aqressivləşməsi Vaşinqtonun işinə yaramaz.

Azərbaycan rəhbərliyinin bu addımı sözsüz ki, özfəaliyyətdir. Söhbət ondan getmir ki, müstəqil dövlət silahlanarkən başqası ilə məsləhətləşməlidir, yoxsa yox. Məsələ burasındadır ki, Iran və Israilə münasibət hazırda heç bir dövlətin təkcə öz işi ola bilmir. Hər iki dövlət Azərbaycanla və onun başlıca müttəfiqi olan Türkiyə ilə, ABŞ-la müxtəlif antoqonist münasibətlərdədir.

Azərbaycan isə Israildən silah alarkən təkcə Iranı yox, həm də Türkiyəni düşünməli idi. Israil “erməni soyqırımı”nı tanıya biləcəyini bəyan etdiyi, eyni zamanda “Taksim”də on minlərin “Xocalı!” hayqırdığı bir vaxtda təbii ki, Ankaraya ağır zərbə oldu.

Bu silahları Azərbaycan Türkiyədən alsaydı, onun istifadə təyinatını Ermənistan olaraq, izah etmək daha asan olardı. Amma Israilin bu regionda yalnız Iran əleyhinə silahlar satdığı məlumdur. Bu isə bir daha Azərbaycanı Iranın hədəfinə çevirəcək.

Rəsmi Bakının Qərbə yaxınlaşmaq üçün bu yolu seçdiyi aydındır. Yəni, “Irandan təzyiqlər gücləndikcə Qərb Azərbaycan hakimiyyətinə dəstək verəcək” kimi bir plandan söhbət gedir. Bunu isə hamıdan əvvəl Avroatlantik məkanda anlayırlar. Həqiqi əməliyyatlarda blef heç kimə kömək etmədiyi üçün ondan istifadə olunmur və ya olunsa da, müəllifə ziyan vurur. Əliyevlər isə bu faydasız blefin nəticəsini görəcəklər.

P.S. Necə ki, Sakaşvili bunun nəticəsin (yəni ABŞ və qərb qüvvələrinin söz verib dalında durmamaları) 2008-da Gürcüstan-Abxaziya müharibəsində aşkara gördü. 

ABNA

 

 

  • Yazılıb
  • da (də) 2012 Feb 29