İran İslam Respublikasının xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini Azərbaycan Respublikası hökumətini dostluqdan kənar hərəkətlərdən ...
/Aran agentliyi
İran İslam Respublikasının xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini Azərbaycan Respublikası hökumətini dostluqdan kənar hərəkətlərdən və bəhanə xarakterli məsələləri irəli sürməkdən çəkinməyə çağırıb.
Həsən Qəşqavi eyni zamanda Beynəlxalq Səhər Telekanalının Bakıdakı yerli müxbiri Anar Bayramlının əsassız bəhanələrlə həbs edilməsindən təəssüfləndiyini bildirib.
Həsən Qəşqavi Beynəlxalq Səhər telekanalının müxbiri ilə müsahibədə Səhər kanalının Bakıdakı yerli müxbiri Anar Bayramlının narkotik maddələr gəzdirməklə bağlı əsassız bəhanələrlə həbsi barəsində deyib: Saxta ittihamlar ölkələrin təhlükəsizliyinə zərbə vurur.
İran İslam Respublikası xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini habelə rəsmi Bakının İranla viza rejimini ləğv etməkdən çəkinməsini Azərbaycan Respublikası hökumətinin etimadsızlığı və İran azərbaycanlıları barəsindəki təbliğatlarının yalan olmasının nişanəsi hesab edib.
"Bizi bir çox qonşularımızla, o cümlədən Azərbaycanla birləşdirən sivilizasiya, mədəni, tarixi və dini ortaqlıq və iki xalq arasındakı qonşuluq nemətinin kənarında Azərbaycan tərəfinə həmişə məsləhətimiz bu olub ki, əcnəbilərin təhriki ilə gərginliyə səbəb olacaq hər bir addımdan çəkinsinlər. Tərəflər çalışmalıdırlar ki, ortaqlıqlarla məşğul olsunlar. Yoxsa əsassız bəhanələrlə və əsassız məsələləri ortaya atmaqla heç kəs qonşu ölkələrin coğrafi və tarixi həqiqətlərini dəyişdirə bilməz" –deyə Qəşqavi qeyd edib.
İranın xarici işlər nazirinin müavinin sözlərinə görə, İran Azərbaycan Respublikası vətəndaşlıarı üçün viza rejimini ləğv edirsə, bunun bir neçə siyasi və konsulluq mənası vardır. Konsulluq mənası bundan ibarətdir ki, gediş-gəliş asanlaşsın. Siyasi mənası isə bu deməkdir ki, viza rejimini ləğv edən ölkə həmin ölkə vətəndaşları tərəfindən heç bir təhlükə hiss etmədiyini sübut edir və o ölkə vətəndaşlarına hörmətlə yanaşır. Öz etimadını elan edir.
"Biz ümidvarıq ki, həmin etimad qarşılıqlı olsun. Azərbaycan bütün iranlılara, xüsusilə də sərhəd bölgələrdəki vətəndaşlarımıza etimad etsin. Azərbaycan bizim azərbaycanlılarımıza bu etimadı göstərsin. Təbrizlilər, ərdəbillilər və urmiyəlilərə hörmətlə yanaşsın. Necə ki, biz də Azərbaycan Respublikası vətəndaşlarına etimad göstəririk. Onlar də həmin etimadı göstərsinlər. Hazırda Naxçıvana 3 ilə yaxındır ki, viza rejimini ləğv etmişik. Görəsən Naxçıvan üçün problem yaranıbmı? Biz istəyirik ki, Azərbaycan Respublikası praktiki olaraq bizim azərbaycanlılarımıza bu etimadı göstərsinlər" –deyə Həsən Qəşqavi əlavə edib