Tarix : 2012 Feb 29
Kod 28938

Bakı erməni deputatların təhlükəsizliyinə təminat verdi

Ermənistan deputatları “Avronest” Parlament Assambleyasının aprelin 2-4-də Bakıda keçiriləcək sessiyasına dəvət edilib
/Aran agentliyi

Ermənistan deputatları “Avronest” Parlament Assambleyasının aprelin 2-4-də Bakıda keçiriləcək sessiyasına dəvət edilib. bunu Bakıda keçirilən mətbuat konfransında deputat Azay Quliyev deyib.
Fevralın 28-də Bakıdakı mətbuat konfransında Azay Qulyev bildirib ki, “Avronest”in Yerevanda keçirilən iclasında Bakıdakı tədbirlə bağlı erməni deputatların təhlükəsizliyinə də təminat verilib: “Baxmayaraq ki, “Avronest”in Yerevanda keçirilən iclasında bizim nümayəndə heyətini aeroportda qarşılayan olmadı. Əslində bizə deyilmişdi ki, sizi xüsusi xidmət orqanlarının əməkdaşları qarşılayacaq. Amma bizi heç kəs qarşılamadı. Axırda özümüz bir hərbçiyə yaxınlaşıb Azərbaycandan gəldiyimizi bildirdik. O, təəccübləndi, harasa zəng vurdu”.
Azərbaycan Respublikası Parlamentinin  deputatları  Rövşən Rzayev, Fərəc Quliyev və Azay Quliyev “Euronest” Parlament Assambleyasının Sosial komitəsinin iclasında iştirak etmək üçün fevralın 21-dən 23-dək Ermənistanda səfərdə olublar.

Rəsmi Bakı digər ölkələrin Ermənistan ilə  adı  əlaqələrinə  qısqancılıqla yanaşsa da Azərbaycan Respublikasının müxtəlif  nümayəndə  heyətləri  tez tez  Ermənistanda  səfərdə olurlar.
Deyilənə görə, Azərbaycan Respublikasının  nazirləri, media və universitet sahəsində çalışan nümayəndələri, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin sədri  Allahşükür Paşazadənin İrəvana  səfərlərinin ardınca artıq  MQ  iki respublikanın prezidentlərinin qarşılıqlı səfərlərini planlaşdırçağı düşünür. Yaxın gələcəkdə isə Bakıya  Ermənistanı  Avroviziya mahnı müsabiqəsində təmsil edəcək müğənni və digər ermənilərdən ibarət nümayəndə  heyəti  gələcək.  

Səhər TV

  • Yazılıb
  • da (də) 2012 Feb 29