“Bu dəyərdə anlaşma İran-Azərbaycan münasibətlərini korlamaq üçün bir provokasiyadır
/Aran agentliyi
İran İslam Şurası Məclısinin (8) Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü sionist rejimin Azərbaycan Respublikasına iri həcmdə silah satmasını İran-Azərbaycan münasibətlərini korlamaq məqsədilə olması adlandırdı
“Arannews”in məlumatına əsasən, İran İslam Şurası Məclısinin (8) Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü sionist rejimin Azərbaycan Respublikasına iri həcmdə silah satmasını İran-Azərbaycan münasibətlərini korlamaq məqsədilə olması adlandıraraq dedi: “Sionistlər Azərbaycanı ABŞ-ın müstəmləkəsinə çevirmək istəyirlər”.
Əvəz Heydərpur Şəhrrazayi sionist rejimin Azərbaycan Respublikasına iri həcmdə silah satmasını Qüdsü işğal edən rejimin İran əleyhinə çalışmalarının nümunəsi adlandıraraq dedi: “İsrail, İranın öz qonşuları ilə münasibətlərində problemlər yaratmaq istəyir”.
İran İslam Şurası Məclısində xalq namayəndəsi bu hərbi ticarət anlaşmasının 1.5 milyard dəyərində olmasına işarə edərək dedi: “Bu dəyərdə anlaşma İran-Azərbaycan münasibətlərini korlamaq üçün bir provokasiyadır”.
O, artırdı: “Son həftələr Tehran-Bakı münasibətlərinin gərginlik yarandığından bu anlaşma həqiqətdə bir növ fürsətdən istifadə etməkdir. Sionistlər, Azərbaycan xalqını İrandan ayıraraq və hegemon ölkələrin ixtiyarında qoymaq niyyətindədirlər”.
İran İslam Şurası Məclısinin üzvü vurğuladı: “Azərbaycan dövlətindən əlavə, Azərbaycan xalqı bizimlə qardaş xalqdır və İran, Azərbaycan xalqının bu provokasiyalara aldanmayacağına əmindir. İran, Azərbaycanın dini və həmişə onun yanında olan qüdtərli qonşusudur. Bu ölkə özünü regionda müttəfiqlərini itirməkdə olan işğalçı sionist rejimin ixtiyarında qoymamalıdır”.
Heydərpur Şəhrrazayi vurğuladı: “Sionistlər, Azərbaycan Respublikasına yüksək dəyərdə pilotsuz təyyarələr, havadan müdafiə sistemləri və raket əleyhinə müdafiə sistemlərinin satılması fikrində olduğu halda İran bu müqaviləni İsrailin hissləri və iki ölkə (İran-Azərbaycan) arasındakı əlaqələrdə provokasiya yaratmaq məqsədilə olması adlandırır”.
O, təkid etdi: “Sionist rejimi ABŞ-ın niyyətini, yəni Azərbaycanın hegemon ölkələrin müstəmləkəsinə çevrilməsini təmin etmək istəyir”.
Parlamentin mühafizəkar nümayəndəsi keçən həftə Azərbaycanın öz ərazisini sionist rejimin agentliyinə çevrməsinin elan olunmasına da işarə edərək dedi: “Azərbaycan bizim yaxşı qonşumuz deyil. Amma Azərbaycan xalqı İran İslam Respublikasına get-gəl etməyi və İslami İran mədəniyyəti ilə yaşamağı sevir”.
Heydərpur Şəhrrazayi Azərbaycan xalqının öz ölkələrini İslam qayda-qanunları ilə idarə olmasını istəməsini vurğulayaraq dedi: “Buna görə də hegemon ölkələrin başçıları Azərbaycan dövlətinin başçılarını İrandan ayırmaq istəyirlər. Bu səbəbdən də təbiidir ki, İran-Azərbaycan arasındakı əlaqələrdən sui-istifadə edirlər”.
İran İslam Şurası Məclısinin (8) Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü bu şəraitdə Xarici İşlər Nazirliyinin vəzifəsinə işarə etdi və İranın öz qonşuları ilə əlaqə və ya problemlərinin həll edilməsində diplomatik aparatın önəmli rolu olduğunu vurğulayaraq dedi: “İsrailin İranın qonşuları ilə silah müqavilələri İrana qarşı problem yaratmaq və İranı problemlər meydanı ilə üz-üzə qoyamaq üçündür”.
Təl-Əviv Bakıya 1.6 milyard dollar dəyərində pilotsuz təyyarələr, havadan müdafiə sistemləri və raket əleyhinə müdafiə sistemlərinin satır.
Bəzi Kütləvi İnformasiya Vasitələri bu rəqəmi 1.4 milyard olduğunu deyirlər.