Cənub zonasının gerçəkdə ən savadlı və nüfuzlu ruhanisi Hacı İlqar Əliyev də nakotiklə ittiham olunub
/Aran agentliyi
Cənub zonasının gerçəkdə ən savadlı və nüfuzlu ruhanisi Hacı İlqar Əliyev də nakotiklə ittiham olunub. Bu, yerə-göyə sığmacayaq böhtanlar heç şübhəsiz məmləkətə bəla gətirəcək.
Cəlilabaddan İslam-Azeri-yə verilən məlumata görə, ruhaniyə 3 aylıq istintaq müddətinə azadlıqdan məhrum edilib. Ruhani narkotik maddə istifadəçisi ittihamı ilə həbs edilib.
Cəlilabaddan bildirilib ki, ruhani İlqar Əliyev son zamanlar Azərbaycanda keçiriləcək "avroviziya" mahnı müsabiqəsi və geylərin paradını sərt tənqid edib. Cəlilabadlılar güman edirlər ki, ruhaninin həbsi məhz elə buna görədir. Ruhani İlqar Əliyev istintaq müddətində Kürdəxanı istintaq təcridxanasında saxlanılacaq.