Tarix : 2012 Mar 03
Kod 28963

Anar Bayramlının alyasiya şikayəti qəbul edilməyib

Anar Qasımlının verdiyi məlumata görə, 20 gün müddətinə həmin qərardan apellyasiya şikayəti vermək hüquqları var
/Aran agentliyi

 

Binəqədi Rayon Məhkəməsinin beynəlxalq  “Səhər” kanalının Azərbaycan Respublikası nümayəndəliyinin müxbiri Anar Bayramlı haqqında çıxardığı həbs qətimkan tədbirindən verilən apellyasiya şikayəti qəbul edilməyib.

Bəhanə isə bu olub ki, Anar Bayramlı haqqında həbs qətimkan tədbiri seçilərkən onun hüquqlarını dövlətin təyin etdiyi vəkil qoruyub və həmin qərardan apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulan 3 gün müddət ötüb. Sonradan müdafiəyə qoşulan vəkil Anar Qasımlı müddətin keçməsinin üzürlü bilinməsini istəmişdi. Amma Fevralın 29-da vəkilin müraciəti qəbul olunmayıb.

Anar Qasımlının verdiyi məlumata görə, 20 gün müddətinə həmin qərardan apellyasiya şikayəti vermək hüquqları var.

Binəqədi Rayon Məhkəməsi Anar Bayramlı barəsində fevralın 17-də həbs qətimkan tədbiri seçib.

Beynəlxalq  “Səhər” kanalında  Azərbaycan Respublikasının olaylarını işəqlandıran Anar Bayramlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi  ilə guyaki  satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama  ilə ittiham olunub. Saxta ittihamın dindar journalist Anar Bayramlıya vurulması  Azərbaycan Respublikasında jurnalistlərin naqədər  çətin vəziyyətdə  işlədiklərini  beynəlxalq səviyyədə  gündəmə gətirib.

  • Yazılıb
  • da (də) 2012 Mar 03