Anar Qasımlının verdiyi məlumata görə, 20 gün müddətinə həmin qərardan apellyasiya şikayəti vermək hüquqları var
/Aran agentliyi
Binəqədi Rayon Məhkəməsinin beynəlxalq “Səhər” kanalının Azərbaycan Respublikası nümayəndəliyinin müxbiri Anar Bayramlı haqqında çıxardığı həbs qətimkan tədbirindən verilən apellyasiya şikayəti qəbul edilməyib.
Bəhanə isə bu olub ki, Anar Bayramlı haqqında həbs qətimkan tədbiri seçilərkən onun hüquqlarını dövlətin təyin etdiyi vəkil qoruyub və həmin qərardan apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulan 3 gün müddət ötüb. Sonradan müdafiəyə qoşulan vəkil Anar Qasımlı müddətin keçməsinin üzürlü bilinməsini istəmişdi. Amma Fevralın 29-da vəkilin müraciəti qəbul olunmayıb.
Anar Qasımlının verdiyi məlumata görə, 20 gün müddətinə həmin qərardan apellyasiya şikayəti vermək hüquqları var.
Binəqədi Rayon Məhkəməsi Anar Bayramlı barəsində fevralın 17-də həbs qətimkan tədbiri seçib.
Beynəlxalq “Səhər” kanalında Azərbaycan Respublikasının olaylarını işəqlandıran Anar Bayramlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə guyaki satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama ilə ittiham olunub. Saxta ittihamın dindar journalist Anar Bayramlıya vurulması Azərbaycan Respublikasında jurnalistlərin naqədər çətin vəziyyətdə işlədiklərini beynəlxalq səviyyədə gündəmə gətirib.