Tarix : 2012 Mar 03
Kod 28964

Quba əhalisinin qiyamının səbəbləri və kökləri

Azərbaycan Respublikasının şimalında yerləşən Quba rayon əhalisinin bir müddət öncədən üzləşdiyi problemlər və çətinliklər son bir ildə daha artıq özünü göstərdi
/Aran agentliyi

 

Azərbaycan Respublikasının şimalında yerləşən Quba rayon əhalisinin bir müddət öncədən üzləşdiyi problemlər və çətinliklər son bir ildə daha artıq özünü göstərdi. Nəhayət bu rayon əhalisinin hərəkatı ilə nəticələndi.

Quba rayonunun problemləri müxtəlif iqtisadi, ictimai, siyasi, idarəçilik və geniş ayrı-seçkiliyin olmasıdır. Nisbi bir ictimai partlayışa səbəb olan Quba əhalisinin iqtisadi-ictimai problemləri barəsində bu bölgədə yetərincə yanacaq və suyun çatdırılması ilə bağlı çatışmazlıqlara diqqət yetirmək lazımdır. Bu problemlər son aylarda qarın yağması və havanın həddindən artıq temperaturunun aşağı düşməsi ilə daha çox özünü büruzə etdi və Quba əhalisini sıxıntı ilə üzləşdirdi. Təbiidir ki, icraçılığın zəifliyi Quba rayonunun bu çatışmazlığının əsas amillərindən olmuşdur. İcraçılıq məsələləri həll etmək əvəzinə Quba əhalisini onun amili hesab edib.

Quba rayonunun problemlərinin digər köklərindən bu rayonda güclü və kəskin şəkildə ayrı-seçkiliyin mövcud olmasıdır. Bir tərəfdən təzəcə ayaq açmış varlılar arasında iqtisadi-ictimai problemlərlə üzləşən Quba rayonu əhalisinin onları vəzifədən uzaqlaşdırma məsələsinin artdığı hiss olunur. Quba həm coğrafi mövqe və həm də təbii sərvətlər və öz ilahi gözəlliyi ilə Azərbaycan Respublikasının sərvətli rayonlarından sayılır. Lakin Qubanın yerli əhalisi hiss edir ki, bu bütün ilahi sərvətdən onlara bir şey çatmır. Quba əhalisinə qarşı ayrı-seçkilik hissi o zaman daha güclənir ki, misal üçün yüksək və diqqəti cəlb edəcək dərəcədə şəraitə malik yəhudi sakinli Qırmızı Qəsəbə kəndi və təzəcə ayaq açmış oliqarxlar və qəribələrə aid turist məkanlarının qarşısında bu rayonun kasıb kəndlərinin vəziyyətinə diqqət yetirilsin.

Quba əhalisinin qiyamının köklərindən biri də son iki il ərzində bu rayona qarşı yaranmış siyasi problemlərdir. Qubada siyasi və ictimai fəalların geniş şəkildə həbsi, o cümlədə AİP sədri Möhsün Səmədovun yaxınları və dostlarına qarşı təzyiqin tətbiq olunması və onların həbsi buna bariz misaldır. Belə ki, bu həbslər Səmədovun 2011-ci ilin yanvar ayında etdiyi tənqid xarakterli çıxışından sonra gücləndi.

Bu çıxışların ardınca, təkcə Möhsün Səmədov və onun Qubadakı dostları deyil, Quba əhalisinə qarşı müxtəlif cəhətlərdən hərtərəfli təzyiqlər kulminasiya nöqtəsinə çatdı və nəhayət qalaqlanmış odun kimi Qubanın mürəkkəb problemləri Quba icra hakiminin əhaliyə qarşı açıq-aşkar hörmətsizliyə ilə alovlandı.

  • Yazılıb
  • da (də) 2012 Mar 03