Tarix : 2012 Mar 03
Kod 28968

Azərbaycan nümayəndələri Dağlıq Qarabağa səfərə gedəcək

Martın 4-də Azərbaycandan 15 nəfərlik nümayəndə heyəti Dağlıq Qarabağa səfərə gedəcək
/Aran agentliyi

 

 

Bu barədə  səfərdə iştirak edəcək Azərbaycan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı məlumat verib. O bildirib ki, bir gün nəzərdə tutulan səfər razılaşdırılmadığı üçün gözlənilməz problemlərin yaranması istisna edilmir. Onun sözlərinə görə, Dağlıq Qarabağın Azərbaycanlı İcması tərəfindən təşkil olunacaq səfərdə Azərbaycan Parlament Juranalistlər Birliyinin bir qrup üzvü iştirak edəcək. E.Eyvazlı deyib: “Səfərə Azərbaycan Milli Məclisinin bir neçə deputatı da qatılacaq. Səfərlə bağlı ictimaiyyətə daha ətraflı məlumat veriləcək”. 

salamnews

  • Yazılıb
  • da (də) 2012 Mar 03