Martın 4-də Azərbaycandan 15 nəfərlik nümayəndə heyəti Dağlıq Qarabağa səfərə gedəcək
/Aran agentliyi
Bu barədə səfərdə iştirak edəcək Azərbaycan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı məlumat verib. O bildirib ki, bir gün nəzərdə tutulan səfər razılaşdırılmadığı üçün gözlənilməz problemlərin yaranması istisna edilmir. Onun sözlərinə görə, Dağlıq Qarabağın Azərbaycanlı İcması tərəfindən təşkil olunacaq səfərdə Azərbaycan Parlament Juranalistlər Birliyinin bir qrup üzvü iştirak edəcək. E.Eyvazlı deyib: “Səfərə Azərbaycan Milli Məclisinin bir neçə deputatı da qatılacaq. Səfərlə bağlı ictimaiyyətə daha ətraflı məlumat veriləcək”.
salamnews