Tarix : 2012 Mar 03
Kod 28969

Hacı Abgül Süleymanovun istintaqı nə vaxt yekunlaşır?

“Ruhani Hacı Abgül Süleymanovun istintaqı bu ayın sonunda yekunlaşacaq”
/Aran agentliyi

 

Bu barədə İslamazeri.az-a ruhaninin vəkili Anar Qasımlı bildirib. Vəkilin sözlərinə görə, hazırda istintaq davam edir.

Hələ ki, hacı Abgülə qarşı əlavə ittiham irəli sürülməyib. Amma istintaq yekunlaşmadığına görə bu barədə dəqiq bir söz demək olmur. Hacı Abgülə qarşı yeni ittihamların irəli sürülmə ehtimalı da istisna deyil.”

Anar Qasımlı ruhaninin səhhətinin yaxşı olduğunu və hər hansı probleminin olmadığını bildirib.  

Qeyd edək ki, 2011-ci ilin avqust ayında həbs olunan ruhani Abgül Süleymanova 234.4.3-cü maddə ilə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham verilib.

O, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə də (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) günahlandırılır.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Mar 03