Tarix : 2012 Mar 03
Kod 28979

“YAP hökuməti formalaşdıra bilmir”

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa Kanal13 internet televiziyasının ''Gerçəklik'' verilişinin qonağı olub
/Aran agentliyi

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa Kanal13 internet televiziyasının "Gerçəklik" verilişinin qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, verilişdə Azərbaycandakı müxalifətin hazırkı durumu müzakirə edilib. F. Mustafa verilişdə deyib: “Müxalifət özü-özünü islahat zəmninə gətirə və şüarlarını yeniləşdirə bilmədi. Bu da hakimiyyətin daha sərbəst, heç kimlə hesablaşmadan idarəetmə anlayışını artırdı. Ona görə də bu gün YAP iftixarla deyəndə ki, ona alternativ müxalifət yoxdur, əslində YAP-ın özü də partiya kimi fəaliyyət göstərmək imkanına sahib deyil. Məsələn YAP hökuməti formalaşdıra bilmir. Parlamentdə fraksiyası yoxdur...”.

  • Yazılıb
  • da (də) 2012 Mar 03