Tarix : 2012 Mar 04
Kod 28990

JURNALİSTLƏR DAĞLIQ QARABAĞA GEDİRLƏR

Martın 4-də Bakıdan bir qrup nümayəndə Dağlıq Qarabağa səfərə gedəcək
/Aran agentliyi

 

FaktXeber.com xəbər verir ki, martın 4-də Bakıdan bir qrup nümayəndə Dağlıq Qarabağa səfərə gedəcək. Bu barədə səfərdə iştirak edəcək Azərbaycan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı məlumat verib.

O bildirib ki, bir gün nəzərdə tutulan səfər zamanı gözlənilməz problemlərin yaranması istisna edilmir. E.Eyvazlınun sözlərinə görə, Dağlıq Qarabağın Azərbaycanlı İcması tərəfindən təşkil olunacaq səfərdə Azərbaycan Parlament Juranalistlər Birliyinin 15 üzvü iştirak edəcək.

E.Eyvazlı deyib: "Səfərə Azərbaycan Milli Məclisinin bir neçə deputatı da qatılacaq. Səfərlə bağlı qayıdandan sonra ictimaiyyətə daha ətraflı məlumat veriləcək”.

 

  • Yazılıb
  • da (də) 2012 Mar 04