Tarix : 2012 Mar 05
Kod 29004

Azərbaycan Respublikasının Quba şəhərindən ictimai dəyişikliklərin başlanğıcı

Nümayişçilər Qubanın icra başçısının evini yandırdılar
/Aran agentliyi

 

Nümayişçilər Qubanın icra başçısının evini yandırdılar

AranNews-Quba şəhər icra başçısı Rauf Həbibov keçən ilin noyabr ayında bu şəhərdə keçirilmiş iclasların birində qubalıların ünvanına bir sıra ittihamlar səsləndirərək deyib: "Qubalılar bir dəstə satqınlardır".  Keçən həftə onun videosu "Youtube"də yayılıb.

Bu əsasla bir sıra böyük və nüfuzlu şəxslər onu əməlini pisləmiş və Quba əhalisindən üzr istəməsini tələb etmişdilər. Lakin icra başaçısı etirazlara əhəmiyyət vermədi.

Beləliklə, 1 martda Azərbaycanın Quba şəhərində minlərələ qubalı Qubanın icra başçısı Rauf Həbibovun qubalıları aşağılayan sözlərinə etiraz olaraq bu şəhərdə böyük nümayişə qalxdılar. Onlar İcra Hakimiyyətinə tərəf yürüş edərək icra başçısının xalqdan üzr istəməsini və istefa verməsini tələb etdilər.

Amma rəsmi üzrxahlıq xalqın qəzəbini soyuda bilmədi və artıq icra başçısını xalq arasında olması və onun mikrafon arxasından üzrxahlığı faydasız idi. Xalq öz etirazlarından əl çəkmədi və aksiyanı davam etdirdilər.

Məlumata əsasən, polis və xüsusi təyinatlılarla nümayişçilər arasında toqquşmalar olub və nəticədə nümayişçilərdən və polis işçilərindən bir neçəsi yaralanıb. Amma bu da etirazçıları yolundan geri çəkə bilmədi. İcra hakimiyyətinin hasarlarını lomla, əlləri ilə uçurdan qəzəbli camaat əsas arxiv məlumatlarının saxlanıldığı birinci korpusa bitişik binanı yandırdılar. Polis və xüsusi təyinatlılar artan kütlənin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edərək, havaya atəş açdı. Bundan  sonra əsas binaya doğru irəliləyən aksiyaçılar icra hakimiyyətinin bütün şüşələrini qıraraq daha iki tikilini alova verdi.

Nəqliyyat naziri Ziya Məmmədov və Qubadan seçilən millət vəkili Vahid Əhmədov hadisə yerinə gələrək aksiya iştirakçılarının qarşısında çıxış edərək Quba sakinlərindən üzr istədilər və onların bütün tələblərinin yerinə yetiriləcəyinə söz verdi.

Belə nəzərə gəlir ki, misli görünməmiş bu təhqirin səbəbi Quba əhalisinin hamısının şiə, İrana və rəhbərliyə olduqca meyilli olması, habelə həmişə Azərbaycan hökumətinin anti-şiə və anti-İslam siyasətinə qarşı mübarizənin bayraqdarı olmasıdır.

  • Yazılıb
  • da (də) 2012 Mar 05