Tarix : 2012 Mar 05
Kod 29005

Hacı Mövsüm Səmədov Azərbaycanda inqilabın rəhbəri/Quba inqilab şəhəri

AİP sədrinin həbsindən bir il ötməsinin ardınca bu dəfə doktor Mövsüm Səmədovun yerliləri Azərbaycan Respublikasında xalq hərəkatlarını başlayanlar hesab olunur
/Aran agentliyi

 

AİP sədrinin həbsindən bir il ötməsinin ardınca bu dəfə doktor Mövsüm Səmədovun yerliləri Azərbaycan Respublikasında xalq hərəkatlarını başlayanlar hesab olunur

Hacı Mövsüm Səmədov 1965-ci ildə Quba şəhərində (AR-sı paytaxtı Bakı şəhərinin 170 km-də) anadan olmuşdur. 2007-ci ildən Azərbaycan İslam Partiyasına sədirliyi öhdəsinə almışdır. Hazırda həbsxanda olsa da Azərbaycan Respublikasında  siyasi hərəkatın rəhbəri hesab olur. Doktor Səmədov 2011-ci il yanvarın 2-də öz şücaətli çıxışı ilə Bakı dövlətinin siyasətlərini Müaviyə və Yezid siyasətlərinə oxşatdı və bu da azəri dindarların Bakı dövlətinin anti-İslam siyasətlərinə qarşı müqavimət hərəkatının başlanğıcı oldu. AİP sədrinin həbsindən bir il ötməsinin ardınca bu dəfə doktor Mövsüm Səmədovun yerliləri Azərbaycan Respublikasında xalq hərəkatlarını başlayanlar hesab olunur.

AR-sı ekspert və siyasi fəallarının açıqlamalarına əsasən, Quba icra başçısının quba camaatını təhqir etməsinin və təqribən 10 gün bundan öncə AR-sı Prezidentinin Quba yəhudiləri ilə görüşünün ardınca başlayan Quba xalq qiyamı, bu ölkədə dövlət əleyhinə ümumi qiyamlara çevriləcək.

Quba rayonunun icra hakimiyyətinin başçısı Rauf Həbibovun 22-si noyabrdakı çıxışının “Youtube”də videosunun yayılması və görüntülərdə icra başçısının qubalıların ünvanına bir sıra ittihamlar, aşağılayıcı ifadələr səsləndirməsi, onları dövləti satan adlandırması Quba xalqının İcra Hakimiyyətinin binasına və icra başçısının şəxsi villasına hücum edərək yandırmalarına səbəb oldu.

İcra başçısının istefası və üzürxahlığı dini və siyasi təzyiqlərə narazılıqdan və ictimai ədalətsizlikdən sərçeşmələnən bu etirazları hələ də söndürə bilməyib.

Xalq Cəbhəsi və Musavat partiyalarının rəhbərləri Əli Kərimli və İsa Qənbər bildirdilər ki, "Quba qiyamı" Azərbacan Respublikasının bütün xalqının simvoludur və tezliklə bütün ölkəni bürüyəcək. Dövlət rəhbərləri öz siyasətlərini dəyişməyincə xoşagəlməz nəticələrlə üzləşəcəklər.

Azərbaycan İslam Partiyası Quba hadisələri ilə bağlı bayanat yaydı. Bəyanatda deyilir: "Bu etirazlarla ölkədə günahsız insanların cəzalandırılması, cinayətkarların cəzasız qalması öz fəsadını göstərdi". Bəyanatda işarə olunur ki, Quba şəhərində baş verən hadisələr sübut edir ki, ölkədə vətəndaşların işlərinin idarəsi və talehi qeyrətli və ağıllı insanlara tapşırılmayıb.

Sözsüz ki, AR-da baş verən son hadisələr, əsasən də Bakı və digər şəhərlərin dindarlarının hicab qadağasına və Bakı dövlətinin digər islamofobiya siyasətlərinə etirazları, Qubada baş verən son hadisələr bu kiçik müsəlman ölkəsinin də Orta Şərqin müsəlman ölkələri kimi ictimai-siyasi dəyişikliklər astanasında olduğundan xəbər verir.

  • Yazılıb
  • da (də) 2012 Mar 05