Tarix : 2012 Mar 05
Kod 29031

Təbrizdə Ayətullah Seyid Həsən Amilinin xətibliyi ilə Azərbaycan Respublikası islamçılarının anı...

İslam dünyasında islami oyanışla eyni zamanda Təbrizdə dünyanın ikinci şiə ölkəsi islamçılarının anım mərasimi keçiriləcək
/Aran agentliyi

 

İslam dünyasında islami oyanışla eyni zamanda Təbrizdə dünyanın ikinci şiə ölkəsi islamçılarının anım mərasimi keçiriləcək.

AranNews – Bu mərasim şənbə günü martın 10-da məğrib və işa namazlarından sonra Təbrizin Maralan məhəlləsində yerləşən "Miyanə" məscidində Vəliyyi-fəqihin nümayəndəsi, Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amilinin xətibliyi keçiriləcək.

Mərasim, Aran Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutu və Şərqi Azərbaycan İslam İnqilabı Mədəni Tədqiqatlar Cəbhəsinin təşəbbüsü ilə Azərbaycan İslam Partiyasının mərhum sədri Hacı Əlikram Əliyevin vəfatının ildönümü və islami oyanış hərəkatının formalaşması ilə eyni zamanda keçirilir.

Şiə fəallarından və Beynəlxalq Əhli-Beyt Assambleyasının üzvü, AİP-in sədri olmuş Hacı Əlikram Əliyev Nardaran qəsəbəsində anadan olmuşdur.

Hacı Əlikramın Azərbaycanda ictimai və dini fəaliyyəti İslam İnqilabı və imam Xomeynidən (rh) təsirlənərək, İslam İnqilabının qələbəsi ilə eyni zamanda başladı və öz 71 illik ömründə müsbət lider, İslam, imam Xomeyni (rh) təfəkkürü xidmətçisi kimi tanındı.

Bakıda və Nardaran qəsəbəsində imam Xomeyninin (rh) müqəllidlərinin rəhbərliyini öhdəsinə alan Hacı Əlikram, Ali Məqamlı Rəhbəri sevənlərdən idi. O, neçə illər İslam düşmənləri və ABŞ yönümlü kommunistlərinin zindanında həbsdə qaldı, işgəncələrə məruz qaldı, hətta öz sağlamlığını bu yolda itirdi.

Bakı dövlətinin son iki ildə islamofobiya siyasətlərinin ardınca Azərbaycan Respublikası islam hərəkatının formalaşmasının şahidi olmuşdur. Bu ölkədə çoxlu dindarın həbs edilməsinə baxmayaraq, hazırda islam hərəkatı öz yeni mərhələsinə daxil olmuşdur. Belə ki, həbsdə olan AİP sədrinin dünyaya gəldiyi Quba şəhəri son günlər dövlət aparatına qarşı misli görünməyən etirazların şahidi olmuşdur.

  • Yazılıb
  • da (də) 2012 Mar 05