Azərbaycan Respublikasında Xəzər dənizində adaların yaradılması suyun hidrolik istiqamətinin dəyişməsi və suyun bulanıqlığının artması ilə Xəzərin bu hissəsindəki canlılarını məhv edəcək
/Aran agentliyi
Ətraf Mühit İdarəsinin Dəniz Suları üzrə direktor müavini Əbdül-Rza Kərbasi Xəzər dənizində süni adaların yaradılması barədə dedi: "Azərbaycan Respublikasında Xəzər dənizində adaların yaradılması suyun hidrolik istiqamətinin dəyişməsi və suyun bulanıqlığının artması ilə Xəzərin bu hissəsindəki canlılarını məhv edəcək. Suda bulanıqlığın artması ilə gün işığının suyun daxilinə nüfuzu zəifləyəcək. Nəicədə bir tərəfdən aşağı qatların oksigeni azalacaq, digər tərəfdən isə suda asılı qalmış hissəciklər su canlılarının dərilərində cızıqlar yaradacaq. Məişət tullantılarının Xəzər dənizinə tökülməsini nəzərə alsaq mikroblu çirklənmələr vuruslu xəstəliklərin yaranmasına və bu ekosistemdə canlıların ölməsinə şərait yaradır".
Kərbasi bu əqidədədir ki, Xəzər dənizində süni adaların yaradılması dənizin hidroloji axınını həmin ərazidə dəyişəcək və Azərbaycandan İrana tərəf olan axın yatağı pozulacaq. Həmçinin, təbii surətdə bir-birinə qarışan su qatlarındakı hidroloji dəyişikliklər daha baş tutmayacaq, nəticədə balıqlar həyəcanlanacaq.
O vurğuladı: "Bu adalar istifadəyə verildikdən sonra da buraya çoxlu insan gəlməsi əsas infrastrukturun olmaması nəticəsində bu ekosistemdə kanalzasiya sularının və digər tullantıların bu əraziyə tökülməsi kimi insan əli ilə çirklənməyə şərait yaranacaq. Bu məsələ də Xəzərin ekologiyasına öz mənfi təsirini göstərəcək".
Dövlət rəsmisi "İran kimi Xəzər hövzəsi ölkələri beynəlxalq öhdəliklərə əsaslanaraq Azərbaycan dövlətinin bu hərəkətinin qarşısını ala bilmzlərmi?" sualının cavabında dedi: "Tehran Konvensiyası protokolların birində Xəzər dənzi hövzəsi ölkələrinin Xəzərdə inkişaf proqramlarının qiymətləndirilməsinin lazımlılığı qeyd olunubdur. Lakin, təəssüflər olsun ki, bu protokol hələ təsdiq olunmayb".