Tarix : 2012 Mar 05
Kod 29037

Talışlara qarşı yeni repressiya dalğası

''Tolışon Sədo'' qəzetinin mütəmadi çıxması Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən talış ziyalılarının təqibinin yeni dalğasına səbəb olub
/Aran agentliyi

TALIŞ xəbər portalı məlumat verib ki, son iki ayda "Tolışon Sədo" qəzetinin mütəmadi çıxması Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən talış ziyalılarının təqibinin yeni dalğasına səbəb olub.

Məlumatlara görə MTN talış ziyalılarının təqibi üçün taratmış strukturunu fəallaşdırıb.

MTN xüsusilə "Tolışon Sədo" qəzetində məqalə dərc edən yeni imzaların sahiblərini hədəf götürüb, talış dilli qəzetdə yeni çıxış edən müəlliflər təqib edilərək MTN-nin yerli şöbələrinə çağırılır. Onlardan uzun sürən hədə-qorxu ilə müşayət olunan pisixaloji təsirdən sonra talış dilində yazmamaq tələb olunur. Özlərini müxtəlif adlarla təqdim edən MTN əməkdaşları etdikləri hədə-qorxu barəsində məlumat yaymamağı əmr ediblər.

 Tehran Radiosu

  • Yazılıb
  • da (də) 2012 Mar 05