Tarix : 2012 Mar 06
Kod 29059

HACI FƏRAMİZİN OĞLU AZAD EDİLDİ

Bu gün Nəsimi Rayon Məhkəməsində məhbus ruhani Fəramiz Abbasovun oğlu Kamran Abbasov barəsində hökm oxunub
/Aran agentliyi

Bu gün Nəsimi Rayon Məhkəməsində məhbus ruhani Fəramiz Abbasovun oğlu Kamran Abbasov barəsində hökm oxunub

Azadxeber.az saytına daxil olan məlumata görə, Kürdəxanı İstintaq Təcridxanasında saxlanılan va barəsində 1 ay müddətinə həbs qəti imkan tədbiri seçilən, Masallının tanınmış ruhanisi Hacı Fəramiz Abbasovun oğlu Kamran Abbasov bu gün sərbəst buraxılıb. Bu barədə Azadxeber.az saytına Kamran Abbasovun yaxınları məlumat verib.

Xeber44.com saytının verdiyi məlumata əsasən, hakim Şəlalə Həsənovanın hakimliyi ilə keçirilən məhkəmə iclasında Kamran Abbasov 2 il müddətinə islah işlərinə məhkum edilib. Eyni halda onun aylıq qazancının 20%-i tutularaq həbsdə yatdığı 25 günlük həbs günləri 3 günə vurularaq 75 gün hesab ediləcək. Hökm oxunduqdan sonra Kamran Abbasov məhkəmə zalından azadlığa buraxılıb. Bu barədə xeber44.com saytına Kamran Abbasovun huquqlarını müdafiə edən Mənsum Bayramov məlumat verib.

Qeyd edək ki, bir neçə ay bundan öncə 11 il azadlıqdan məhrum edilən Fəramiz Abbasovun oğlu Kamran Abbasov Cinayət Məcəlləsinin 127.2.1 (qəsdən sağlamlığa az ağır zərər vurma - zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) və 221.2 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə ittiham olunurdu. Şikayətçi isə Kamran Abbasovun atası Fəramiz Abbasova qarşı ifadə vermiş Əlihüseyn Kərimov idi. İstintaqa qaldırdığı iddiaya görə Kamran Abbasov Bakı Ağır Cinayətlər Məhkəməsində islamçıların prosesi gedən zaman məhkəmə binasının qarşısında Əlihüseyn Kərimova xəsarət yetirib.

  • Yazılıb
  • da (də) 2012 Mar 06