/Aran agentliyi
Bu gün bir qrup AXCP üzvü bu partiyanın həbsdə olan fəalları Məhəmməd Məcidli ilə Babək Həsənovun 16 saylı cəzaçəkmə müəssisəsində fiziki zorakılığa məruz qalmalarına etiraz olaraq aksiya keçiriblər.
Onlar siyasi məhbusların şəkillərini qaldırıb, «Siyasi məhbuslara azadlıq» şüarları səsləndiriblər.
Aksiyanın Ədliyyə Nazirliyinin binası qarşısında keçirilməsi planlaşdırılsa da Milli Elmlər Akademiyasının qarşısındakı parkda keçirilib. Aksiyaçılarla polis arasında qarşıdurma olub, iki nəfər xəsarət alıb.
Hazırda Yasamal rayon polis idarəsində olan AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı Simsar.az-a bildirib ki, polislə qarşıdurma zamanı iki nəfər - Cabbar Savalan və Dəyanət Babayev xəsarət alıb. Hazırda 17 nəfər aksiyaçı Yasamal rayon polis idarəsindədir.
Yasamal rayon polis idarəsindən saxlananlarla bağlı məlumat vermədilər.