Dünya Bankı “Daha şəffaf dünyada biznes etmək - 2012” adlı hesabat yayıb. Hesabat 183 ölkəni əhatə edir
/Aran agentliyi
Dünya Bankı “Daha şəffaf dünyada biznes etmək - 2012” adlı hesabat yayıb. Hesabat 183 ölkəni əhatə edir.
“Azadlıq” radiosunun məlumatına görə, Azərbaycan iş görmək şəraiti baxımından 66-cı yerdə qərarlaşıb. Xarici ticarətin, sərhəddən mal keçirməyin çətinliyinə görə isə Azərbaycan 170-ci yerdədir.
Azərbaycan tikintiyə icazənin çətinliyinə görə 172-ci, obyektə işıq çəkdirməyin çətinliyinə görə isə 173-cüdür.