Tarix : 2012 Mar 06
Kod 29062

Hakimiyyətə Ağ evdən qara xəbər

Azərbaycan rəhbərliyinin Obama ilə görüşünün baş tutması üçün görülən işlər nəticə verməyib
/Aran agentliyi

Azərbaycan hakimiyyətinin Ağ Evdə qəbul olunmaq üçün Amerikada apardığı işlər uğurla nəticələnməyib. Bu barədə gunxeber.com-a məlumat verən mənbə bildirib ki, xeyli vaxtdır Azərbaycan iqtidarı Obama administrasiyası ilə münasibətləri yaxşılaşdırmaq və Ağ Evə yol tapmaq üçün bu ölkədəki lobbiçilərini hərəkətə gətiribmiş. Mənbə qeyd edib ki, bir neçə ay ərzində bu işə böyük pullar xərclənib. Əsas məqsəd isə Azərbaycan hakimiyyətinin prezident İlham Əliyev səviyyəsində Ağ Evdə qəbul edilməsinə nail olmaq olub. Obama administrasiyasındakı yüksək vəzifəli şəxslər əvvəlcə Azərbaycan hakimiyyətinin bu istəyinə maraqla yanaşsalar da, sonradan bəlli olmayan səbəblərdən lobbiçilərin təkliflərinə yox deyib. Məlumatlı mənbə hesab edir ki, indiki vaxtda Azərbaycan hakimiyyətinin Ağ Evin qapılarını aça bilməməsi Amerikada qarşıdan gələn prezident seçkiləri ilə bağlı ola bilər.

Çünki bir qayda olaraq ABŞ prezidentləri seçkilər ərəfəsində özlərinin xarici səfərlərinə, görüşlərinə, Ağ Evdəki qəbullara çox həssas yanaşırlar. Buna görə də, Azərbaycan rəhbərliyinin Ağ Evdə qəbul olunmaq istəyi reallaşmayıb. Amma bununla belə mənbə iddia edir ki, lobbiçilər Obama admnistrasiyasının Azərbaycan iqtidarına münasibətinin bir qədər yumşalmasına nail ola biliblər.

  • Yazılıb
  • da (də) 2012 Mar 06