Tarix : 2012 Mar 06
Kod 29063

Laçın rayon sakinləri İcra Hakimiyyətinə qarşı etiraza qalxdı

Ağcabədidə yerləşən Laçın rayon sakinləri aksiya keçirib.
/Aran agentliyi

 Məlumatda deyilir ki, rayonun Qarakeşli, Vağazin, Ağbulaq və digər bir neçə kəndin sakinləri kütləvi şəkildə Qarakeşli yatağı ərazisinə toplaşıblar. Daha sonra 1000-dək laçınlı Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətinin qarşısına doğru yürüş etməyə çalışıblar. Amma polislər kəndlilərin yürüşünün qarşısını alıb və onları dağıdıb. Lakin Taxtakörpüdə hələ də gərginlik hökm sürdüyü bildirilir. Hadisə yerinə Ağcabədi rayonunun icra başçısı da gəlib və o, etirazçılardan dağılmalarını xahiş edib.

Məlumatda bildirilir ki, aksiya iştirakçıları deyiblər ki, sakinlərin belə ciddi etirazının yuxarı dairələrə və mətbuata çatmaması üçün, həm Ağcabədi, həm də Taxtakörpü qəsəbəsində yerləşən poçt məntəqələrinə polis nəzarətini gücləndiriblər: “İcra Hakimiyyəti istəmir ki, burada etdikləri hakim dairələrin və ictimaiyyətin diqqətinə çatsın. Yardım alanlar ancaq yaxın ətrafıdır. Hər ay İcra Hakimiyyətinin fondundan 30-40 adama yardım edilir”.

Xatırladaq ki, bir neçə müddətdir ki, məcburi köçkünlər üçün yardım dayandırılıb.

 

 

  • Yazılıb
  • da (də) 2012 Mar 06