Qubada baş verən olaylar barəsində Nardaran Ağsaqqallar Şurasının bəyanatı yayıb
/Aran agentliyi
"Bismillahir-Rəhmanir-Rəhim.
Biz, Nardaran Ağsaqqallar Şurası və Nardaran camaatı olaraq Azərbaycanın hər hansı bir regionunda baş vermiş və baş verə biləcək hər hansı bir qarşıdurmadan dərin narahatlıq hissi keçirdirik. Quba şəhərində olmuş hadisələri diqqətlə izləyirik. Hadisələrin təhlili bizi bu qənaətə gətirib ki, ölkədə cox yanlış kadr siyasəti mövcuddur. Hec bir şəxsə icazə verilə bilməz ki, bütöv bir əyalətin insanlarını təhqir etsin, aşagılasın. Quba camaatı həmişə öz mərdliyi ilə secilmişdir. Yəqin ki, bu hadisələrin bu qədər qarşıdurmaya səbəb olması təkcə icra başcısının Quba camaatını təhqir etməsi ola bilməz . İllərlə yıgılıb qalmış problemlər, işsizlik, sosial ədalətsizlik, insanlar arasında gündən-günə təbəqələşmənin artması, məmur özbaşınalıgı, korrupsiya və rüşvətxorlugun iyrənc formalarının artması, bir parca cörək qazanmaq ümüdü ilə Rusiyaya yollanmış insanların minbir əzab-əziyyəti - bütün bunlar Quba camaatının səbir kasasını daşdırdı. Biz Nardaran camaatı olaraq bu olayların dinc məcraya yönəlməsini, hər hansı bir hadisənin qanunla, ədalətlə araşdırılması istəyirik.
Bu günlərdə bəzi medialarda Quba hadisələrində Bakı kəndlərinin sakinlərinin iştirakı barədə yazılar dərc olunub. Guya hadisələrdə Maştaga və Nardaran sakinləri iştirak edblər. Belə yanlış yazılar Quba camaatını aşagılamaq məqsədi güdür. Belə ki, mərd, qorxmaz, dəyanətli və mübariz Quba camaatına Allahdan başqa hec kəsin köməyinə ehtiyacı yoxdur.
Biz Nardaran camaatı olaraq həmişə qanuni haqları uğrunda mübarizə aparan mərd insanları dua etmiş və mənəvi dəstəyimizi bildirmişik. Allah haqq yolu gedənləri hidayət etsin."