Tarix : 2012 Mar 07
Kod 29085

Azərbaycan özünü insan hüquqlarına hörmət edən ölkə adlandıra bilməz

Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatı martın 6-da Bakıda dinc nümayiş keçirən gənclərin polis tərəfindən döyülməsini və həbsini qınayır...
/Aran agentliyi

Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatı martın 6-da Bakıda dinc nümayiş keçirən gənclərin polis tərəfindən döyülməsini və həbsini qınayır, Azərbaycan hökumətini bu hallarla bağlı dərhal təhqiqat aparılmasına çağırır.

Təşkilatın  Avropa və Orta Asiya proqramının direktor müavini Con Dalhuisen bildirib ki, Azərbaycan dinc nümayişçiləri həbs etməklə özünü demokratiyaya ehtiram göstərən bir ölkə kimi  nümayiş etdirə bilməz

 “Eurovision kimi tədbirlərə ev sahibliyi etməyə hazırlaşan rejim insan hüquqlarına riayət edilmədiyinə maska geydirə bilməz”, -  o vurğulayıb

C.Dalhuisen Amnesty International-ın vicdan məhbusu kimi tanıdığı Babək Həsənov və Məhəmməd Məcidlinin də döyülməsinə dair təhqiqat aparılmasına çağırıb. Onlar ötən ilin yazında hökumət əleyhinə nümayişlər zamanı həbs ediliblər. Amnesty International B.Həsənovu və M.Məcidlini 2011-ci ilin noyabr hesabatında vicdan məhbusu adlandırıb.

Martın 6-da axşamdan keçmiş həbs olunan gənclər azadlığa buraxılıblar. Yasamal Rayon Məhkəməsi 4 nəfəri 100 manat məbləğində cərimə edib.

  • Yazılıb
  • da (də) 2012 Mar 07